Qaynar xətt:

(+99450) 247 90 86

Bayden Makrona güzgü hədiyyə etdi

Bayden Makrona güzgü hədiyyə etdi

DÜNYA

322

02.12.2022, 08:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vaşinqtona dövlət səfərinə gedən Fransa Prezidenti Emmanuel Makrona ABŞ Prezidenti Co Bayden hədiyyə olaraq güzgü və amerikalı rəssamların səs yazıları olan vinil kolleksiyası verib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.  

Belə ki, Bayden həmkarına çərçivəsi Ağ Evin ərazisində yığılmış ağacdan hazırlanmış dizayner güzgüsü hədiyyə edib. Güzgü ABŞ administrasiyasının kolleksiyasından olan ornamentin surətidir. Makron isə amerikalı Tomas Edisonun ixtira etdiyi ilk fonoqrafın patentinin arxiv nüsxəsini, amerikalı musiqiçilərin qeydləri olan yazıları hədiyyə edib.