Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada "Z" hərfi  olan avtomobilləri yandırırlar

Rusiyada \\\"Z\\\" hərfi  olan avtomobilləri yandırırlar

DÜNYA

358

30.11.2022, 19:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada "Z" hərbi yazılmış avtomobilin yandırılması gərginliyə səbəb olub.

 

Oxu24.com xəbər verir  ki,Yekaterinburq polisi Z hərfi yazılmış avtomobili yandıran “Bandera tərəfdarı”nı axtarır.

 

Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəsmi nümayəndəsi, polkovnik Valeri Qorelix bildirib ki, polis əməkdaşları  gecə vaxtı yanğın törədənlərin kimliyini müəyyən etməyə çalışır.

 

Yekaterinburqda üzərinə Z hərfləri yapışdırılmış avtomobillərin yandırılmasının videosunu jurnalist Aleksandr Nevzorov yayıb.

 

Naməlum şəxslər avtomobillərin üzərinə molotov kokteyli atıb və ya onlara benzin tökərək yandırıblar. Nevzorov qeyd edib ki, yanğını kimin törətdiyini bilmir və video ona göndərilib.

 

Tərcümə: Miri Məcidli