Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyalı politoloq: İranın nüvə silahı yaratması təhlükədir

Rusiyalı politoloq: İranın nüvə silahı yaratması təhlükədir

DÜNYA

423

30.11.2022, 15:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"İranın nüvə silahı yaratmasına icazə verilməməlidir, çünki bu, dünya təhlükəsizliyinə əlavə təhlükə yaradar."

Oxu24.com xəbər  verir  ki,  bunu rusiyalı politoloq Aleksandr Perendjiev  bildirib.

Rusiyalı ekspertin fikrincə, İran İslam Respublikası həqiqətən də nüvə silahı yaratmağa qadirdir, çünki bunun üçün xüsusi avadanlıq və texniki imkanlar var.

Politoloq hesab edir ki, əgər İran öz nüvə arsenalını əldə edərsə, bu, “domino effekti” yaradacaq, buna görə də bir çox başqa ölkələr də bunu etmək istəyəcək.

“İran nüvə silahı yaratmağa qadirdir, onun dondurulmuş və müxtəlif yoxlamalardan gizlədilmiş xüsusi sentrifuqaları var. Hazırda ölkənin bu növ silah yaratmağa yaxınlaşdığı məlum deyil, lakin bunun üçün bütün texniki imkanlara malikdir”, – deyə Perendjiev bildirib.

 

Tərcümə:Aynurə Məcidova