Qaynar xətt:

(+99450) 247 90 86

SENSASSİYA! Məxfi məktub ələ keçdi: Rusiya bu ölkəyə hücuma hazırlaşırmış

SENSASSİYA! Məxfi məktub ələ keçdi: Rusiya bu ölkəyə hücuma hazırlaşırmış

DÜNYA

769

28.11.2022, 11:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın işğal hücumundan əvvəl Rusiya prezidenti Vladimir Putin Yaponiya ilə müharibəyə ciddi hazırlaşırdı.

Oxu24.com xəbər  verir   ki, bu barədə Amerikanın “Newsweek” jurnalı yazıb. Jurnalistlər   FSB ilə əməkdaşlıq edən  şəxs tərəfindən yazılmış 17 mart tarixli məktubu əldə edib.

Jurnalın məlumatına görə, müraciət hazırda Fransada olan rusiyalı hüquq müdafiəçisi və Gulagu.net layihəsinin təsisçisi Vladimir Oseçkinə ünvanlanıb.

 ​​"Dəyişiklik küləyi" məxfi adlı agent yazır ki,  Vladimir Putin 2021-ci ildə Yaponiya ilə hərbi münaqişəyə ciddi hazırlaşırdı.

"Ölkələrin kəskin qarşıdurma və hətta müharibə mərhələsinə qədəm qoyacağına inam yüksək idi. Müharibə üçün Ukraynanın niyə seçildiyinə başqaları cavab verməlidir. Məlumat verən şəxs Yaponiyanı hədəf alan  helikopterlərinin hərəkətini təfərrüatlı şəkildə izah edib. Rusiya isə  yaponları "nasist" və "faşist" təqdim edən təbliğatlar aparılırdı",deyə sayt yazır.

“Dəyişiklik küləyi” adlı məxfi agent  məktubunda  Yaponiyaya hücum siqnalını gözləyən rus helikopterlərinin dəqiq mövqelərini açıqlayıb. Onun sözlərinə görə, Kreml rəhbərliyinin  müharibə həvəsi ucbatından Rusiya üçün müharibə qaçılmaz olub.

FSB agenti Oseçkinə yazdığı məktubda iki ölkə arasında əsas  müharibənin  Kuril adaları üçün  olacağını da iddia edib.

Həmçinin oxu: Bakıda idmançının yarış zamanı qətlinin VİDEOSU YAYILDI

 

Tərcümə: Miri Məcidli