Qaynar xətt:

(+99450) 247 90 86

Tehranda həbs olunan vəkildən xəbər yoxdur

Tehranda həbs olunan vəkildən xəbər yoxdur

DÜNYA

216

25.11.2022, 19:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Güney Azərbaycanın tanınmış vəkili Mustafa Nilinin vəziyyəti barədə məlumat yoxdur.

OXU24.COM  xəbər verir ki, bu barədə vəkilin bacısı Fatimə Nili sosial media hesabında paylaşım edib.

O bildirib ki, məhkəmə sistemi orqanlarına edilən çoxsaylı müraciətlərə cavab olaraq vəkilin Evin həbsxanasının təhlükəsizlik bölməsi sayılan 209-cu bəndində saxlanıldığını deyilib.

Qeyd edək ki, Tehranda yaşayan tanınmış vəkil Mustafa Nili noyabrın 7-si SEPAH-ın təhlükəsizlik bölməsinin məmurları tərəfindən həbs edilib.

İranda etiraz aksiyalarının başlamasından bəri saxlanılan vəkillərin sayı 16-ya çatıb.(Axar.az)