Qaynar xətt:

(+99450) 247 90 86

 Rusiya terrora dəstək ölkəsi kimi tanınıb

 Rusiya terrora dəstək ölkəsi kimi tanınıb

DÜNYA

556

25.11.2022, 09:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Niderland parlamentində Rusiya terrora dəstək ölkəsi kimi tanınıb.

Oxu24.com Xarici KİV-lərə istinadən  xəbər  verir  ki, Niderland Konqresinin Nümayəndələr Palatası  deputat   Tom Van der Linin Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərinə görə terrorizmi himayə edən ölkə kimi tanınması təklifini dəstəkləyib.


Xatırladaq ki, bir gün əvvəl Avropa Parlamenti Rusiya Federasiyasını terrorizmin himayədarı olan  dövlət kimi tanıyan qətnamə qəbul edib. 494 deputat qətnamənin lehinə, 58-i əleyhinə, 44-ü isə bitərəf qalıb.

Van der Li Avropa Parlamentinin deputatlarından nümunə götürməyə çağırıb. 

Millət vəkilinin təklifi Nümayəndələr Palatasındakı partiyaların əksəriyyəti tərəfindən dəstəklənib.

Qeyd edək ki, parlamentdəki partiyaların böyük əksəriyyəti hökumətin Ukraynaya humanitar, diplomatik və hərbi sahədə maksimum dəstək vermək siyasətini dəstəkləyir.

 

Tərcümə: Aynurə Məcidova