Qaynar xətt:

(+99450) 247 90 86

Sənət dünyası yasa boğuldu - Böyük itki baş verdi

Sənət dünyası yasa boğuldu - Böyük itki baş verdi

DÜNYA

885

24.11.2022, 21:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə musiqi aləminə ağır itki baş verib.

Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər  verir  ki,Türkiyənin ən önəmli söz yazarı və bəstəkarlarından olan Hülya Şenkul dünyasını dəyişib. 5 ay əvvəl yol qəzası keçirən sənətçi  Şenkul bir müddət xəstəxanada müalicə alırdı. 

Şeirlərinə bir çox məşhur bəstəkarın bəstələdiyi Hülya Şenkulun mahnıları; Bülent Ersoy, Muazzez Abacı, Emel Sayın, Adnan Şenses, Hüner Coşkuner, Sibel Can, Ebru Gündeş, Serdar Ortaç, Emrah, Alişan kimi bir çox sənətçi tərəfindən ifa edilib.

Şenkulun mahnıları arasında Serdar Ortaçın oxuduğu “Zəkum çiçəkləri”, Emrahın ifa etdiyi “Hey hey taksi”, Bülent Ersoyun ifa etdiyi “Ya geri ver ya da məni al” mahnıları var.

Tərcümə: Aynur Məcidova