Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya Türkiyə ilə bağlı rəsmi açıqlama yayıb

SON DƏQİQƏ! Rusiya Türkiyə ilə bağlı rəsmi açıqlama yayıb

DÜNYA

854

24.11.2022, 20:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Türkiyənin başlatdığı anti-terror əməliyyatı ilə bağlı rəsmi açıqlama verib.

 

Oxu24.com xəbər  verir  ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Türkiyənin Suriyadakı quru əməliyyatı bölgədə gərginliyi artıracaq və terrorçuların fəaliyyətinin artmasına səbəb olacaq.

 

Onun sözlərinə görə, Rusiya Türkiyənin milli təhlükəsizliyə təhdidlərlə bağlı narahatlığını başa düşür. Bununla belə, Rusiya Federasiyası hesab edir  ki, sərhəd bölgələrində bütün təhlükəsizlik məsələlərini həll etməyin ən yaxşı yolu Türkiyə və Suriya hakimiyyət orqanları arasında birbaşa dialoqdur.

 

“Suriya məsələsində Türkiyə tərəfi ilə sıx əlaqə saxlayırıq. Biz Türkiyənin milli təhlükəsizliyinə təhdidlərlə bağlı narahatlığını başa düşürük.Eyni zamanda, Suriya ərazisində quru əməliyyatının bölgədə yalnız gərginliyi artıracağına və terrorçuların fəallığının artmasına səbəb olacağını düşünürük”, - deyə Zaxarova bildirib.

Tərcümə: Nigar Oktayqızı