Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77308
az

ABŞ narahatdır: Rusiya Ukraynada kimyəvi silahdan istifadə edə bilər

09:3224 Noyabr, 2022
92
DÜNYA
  • A

Ağ Ev hesab edir ki, Rusiya qoşunları məğlubiyyətə uğramağa davam edərsə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı kimyəvi silahdan istifadə edə bilər. Bundan sonra o, nüvə qarşıdurmasına əl atmağa məcbur olacaq.

Oxu24.com xəbər  verir  ki,  bu barədə  Politico  etibarlı mənbələrə istinadən yazır.

Hələlik ABŞ-ın Rusiyanın qaçılmaz olaraq kimyəvi silahdan istifadə etdiyini sübut edəcək heç bir kəşfiyyat məlumatı yoxdur. Bununla belə, Vaşinqton müttəfiqlərini bu inkişafa hazırlayır, həmçinin kimyəvi aşkarlama sistemlərinə sərmayə qoyur.


ABŞ Müdafiə Nazirliyində nəşrin həmsöhbətlərinin əksəriyyəti qışda hərbi əməliyyatların dayanacağına inanır. Amma bu baş verməsə və Rusiya ordusu mövqelərini itirməkdə davam edərsə, o zaman Moskva “Noviçok” da daxil olmaqla kimyəvi silahdan istifadə etmək riski ilə üzləşə bilər.

Rəsmilər və ekspertlər nəşrə bildiriblər ki, “Noviçok” çoxlu sayda qurbanın olduğu kütləvi hücum üçün istifadə edilə bilər. Məsələn, "Novichok" aerozol vasitəsilə və ya döyüş sursatı ilə kütləvi ziyan vurmaq üçün istifadə edilə bilər. Bundan əlavə, “Noviçok”un izlərini gizlətmək asandır və Qərb dövlətləri üçün Moskvanı günahlandırmaq daha çətin olacaq, nəşrin həmsöhbətləri deyirlər.

Nəşr qeyd edir ki, ABŞ çoxdan bilir ki, Rusiya kimyəvi silah potensialını gücləndirir. Konqresmenin köməkçisi nəşrə bildirib ki, payızda senatorlara Rusiyanın kimyəvi silah ehtiyatları və onların Ukraynada istifadəsinin riskləri barədə məlumat verilib.

 Mənbələrin Politico-ya verdiyi məlumata görə, payızda Pentaqon kimyəvi və ya bioloji hücum zamanı ordunu prosedurlarla tanış etmək üçün Şərqi Avropaya qruplar göndərib.

Tərcümə: Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Kiyev müharibədən sona qədər əl çəkməyə hazır deyil"
Kanadada zəlzələ baş verib
ABŞ Ukrayna Silahlı Qüvvələrinin öz aerodromlarını qorumaq qabiliyyətini itirdiyini açıqlayıb

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat