Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada silahlı cinayətlərin sayı xeyli artıb

Rusiyada silahlı cinayətlərin sayı xeyli artıb

DÜNYA

270

23.11.2022, 17:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada 2022-ci ilin yanvar-oktyabr aylarında keçən iilə müqayisədə   odlu silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğulardan istifadə ilə törədilən cinayətlərin sayı 29,7% artıb.

Oxu24.com Rusiya mətbuatına istinadən xəbər  verir  ki, Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu tip  cinayətlərdə ən çox artım Ukrayna ilə həmsərhəd Kursk (+675%) və Belqorod (+213,3%) vilayətlərində, həmçinin Moskvada (+203,2%) baş verib.

Bundan başqa, Rusiyanın yaşayış məntəqələrindən kənarda avtomobil yollarında və magistral yollarında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursatın satışı, verilməsi, əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 100 fakt aşkar edilib. Bu, 2021-ci illə müqayisədə 12,4% çoxdur.

Mütəşəkkil qruplar və ya cinayətkar birliklər tərəfindən törədilən ağır cinayətlərin sayı da artıb. Onlar əvvəlki illə müqayisədə 21,5% çox istehsal olunub.

Tərcümə: Miri Məcidli