Qaynar xətt:

(+99450) 247 90 86

Krıma dronların hücumu olub

Krıma dronların hücumu olub

DÜNYA

427

23.11.2022, 09:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 22-də axşam Sevastopolda pilotsuz təyyarələrin şəhərin üzərində peyda olması səbəbindən hava hücumundan müdafiə sistemi işə düşüb.

Oxu24.com  xəbər  verir  ki, Krımın "qubernatoru" adlandırılan Mixail Razvozhaev Telegram-da paylaşdığı məlumatda  iki pilotsuz təyyarənin vurulduğunu yazıb.

"Hazırda hava hücumundan müdafiə qüvvələrimiz növbə çəkir. Pilotsuz təyyarələrin hücumu var. İlkin məlumata görə, artıq iki PUA vurulub. Bütün qüvvələr və xidmətlər hazırlıq vəziyyətindədir", - o yazıb. 

Rusiyanın Teleqram kanalları Sevastopoldan başqa Krımın Evpatoriya və Balaklava bölgələrində də partlayışlar və hava hücumundan müdafiə səslərinin eşidildiyini bildirir.

Tərcümə: Nigar Oktayqızı