Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə 5 yaşlı Şəhidini ağlayır - FOTOLAR

Türkiyə 5 yaşlı Şəhidini ağlayır - FOTOLAR

DÜNYA

330

21.11.2022, 19:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

PKK/PYD terror təşkilatının Qaziantepəyə  həyata keçirdiyi raket hücumunda 3 nəfər həyatını itirib. Xain hücumda həyatını itirənlər arasında müəllim Ayşenur Alkan və 5 yaşlı Həsən Karataş da var.

 

Oxu24.com Haberler.com saytına istinadən xəbər  verir  ki, Türkiyə kiçik şəhidi Həsən Karataş və şəhid müəllimi Ayşenur Alkan üçün ağlayır

 

(Şəhid olan müəllimə)

Raket hücumunda həyatını itirənHəsən Karataşın CHPdən  İzmir bölgəsindən seçilən  millət vəkili Mahir Polatın qardaşı oğlu olduğu ortaya çıxıb. Acı xəbəri paylaşan Polat "Ürəyimiz yanır. Qaziantepin Karkamış rayonunda xain terror təşkilatının təşkil etdiyi raket hücumunda qardaşımız oğlu Həsən Karataş həyatını itirdi. Lənət olsun terrora" deyib.

 

 

 

Tərcümə: Aynurə Məcidova