BMT-dən Kolumbiya ilə bağlı ŞOK RƏQƏM
15 Oktyabr 2026, 19:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
355
21.11.2022, 14:54
ABŞ-da süni mayalanma yolu ilə övlada sahib olmaq istəyən cütlük klinikaya gedərək DNT analizi verib. Nəticə təkcə onları yox, bütün dünyanı şoka salıb.
Oxu24.com publika.az-a istinadən xəbər verir ki, Missisipidə baş verən bu hadisənin sorağı qısa zamanda bütün dünyaya yayılıb. Övladları olmayan cütlük çarəni süni mayalanmada görüb. Bu məqsədlə klinikada DNT analizi verən cütlüyün əkiz olduqları üzə çıxıb.
Bununla bağlı klinikanın həkimi İngiltərənin "San" nəşrinə açıqlama verib: "Müalicə müddətində adətən genetik keçmişi bilmək üçün qadın və kişidən DNT nümunələri götürürük. Bu, ənənəvi bir prosesdir və normalda iki nümunə arasında bağlılıq olub-olmadığına fikir vermirik. Ancaq bu dəfə laboratoriyanın assistentləri iki nümunədəki bənzərliyi görəndə təəccüblənib. Əvvəlcə onların qan qohumu olduqlarını düşünüblər. Ancaq genetik oxşarlıq qohumluqdan da uzağa gedən bir tablo ortaya çıxarıb. Hər iki xəstənin doğum tarixinin eyni olduğunu görəndən sonra onların əkiz olduğuna şübhə yeri qalmayıb".
Həkim bəxtsiz cütlüyə bu xəbəri verəndə onlar bunu zarafat kimi qəbul edib. DNT testinin cavablarını göstərəndən sonra onlar da şoka düşüb.
Mənbənin yazdığına görə, universitetdə tanış olan cütlüyün bioloji valideynləri avtomobil qəzasında həyatını itirdikdən sonra əkizlər fərqli ailələr tərəfindən övladlığa götürülüb. Ailələr də onlara əkizinin olduğunu bildirməyib.
Həkimin sözlərinə görə, əkiz cütlük gələcək üçün planlar qurmaqda davam edir.
21:23 / 15 Oktyabr 2026
10
21:12 / 15 Oktyabr 2026
43
21:07 / 15 Oktyabr 2026
61
20:56 / 15 Oktyabr 2026
58
20:48 / 15 Oktyabr 2026
66
20:30 / 15 Oktyabr 2026
103
20:21 / 15 Oktyabr 2026
67
20:13 / 15 Oktyabr 2026
72
20:07 / 15 Oktyabr 2026
75
19:58 / 15 Oktyabr 2026
178
19:54 / 15 Oktyabr 2026
94
19:51 / 15 Oktyabr 2026
95
19:37 / 15 Oktyabr 2026
71
19:24 / 15 Oktyabr 2026
88
19:21 / 15 Oktyabr 2026
76
19:16 / 15 Oktyabr 2026
1081
19:10 / 15 Oktyabr 2026
77
19:05 / 15 Oktyabr 2026
64
19:03 / 15 Oktyabr 2026
67
18:58 / 15 Oktyabr 2026
75
18:46 / 15 Oktyabr 2026
72
18:39 / 15 Oktyabr 2026
80
18:27 / 15 Oktyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.