Qaynar xətt:

(+99450) 247 90 86

Nazarbayev Tokayevi təbrik edib

Nazarbayev Tokayevi təbrik edib

DÜNYA

292

21.11.2022, 10:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Kasım-Jomart Tokayevi ölkədə keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib,

Oxu24.com xəbər verir ki, bu barədə Nazarbayevin rəsmi internet səhifəsində məlumat yayılıb.


Nazarbayevin sözlərinə görə, Tokayevin qələbəsi onun dövlət başçısı kimi yüksək nüfuzundan xəbər verir və vətəndaşların genişmiqyaslı islahatlara və yeni təşəbbüslərə inamını sübut edir.

Bundan əlavə, bu, Tokayevin “dövlətin müstəqilliyinin təhlükə altında olduğu kritik vaxtlarda göstərdiyi dəyanət, qətiyyət və müdrikliyin etirafıdır”.

“Arzu edirəm ki, hər zaman xalqın ümumbəşəri dəstəyi və hörmətindən yararlanasınız”, - deyə  təbrikdə deyilir.

 

Tərcümə: Nigar Oktayqızı