Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan təyyarədə olarkən bu qərarı verdi - FOTOLAR

Ərdoğan təyyarədə olarkən bu qərarı verdi - FOTOLAR

DÜNYA

287

20.11.2022, 13:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə  ordusu gecə saatlarında terrorçulara qarşı mübarizə ilə bağlı yeni əməliyyata başlayıb.

Oxu24.com Haberler.com saytına istinadən xəbər  verir  ki, Prezident Ərdoğan əməliyyat üçün  Milli Müdafiə naziri Hulusi Akarla  göstəriş verdiyi  anların görüntüləri yayılıb.

Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında terrorçuların baza kimi istifadə etdiyi bölgələrdə gecə yarısı "Pəncə-Qılınc Hava Hərəkatı" həyata keçirildiyini açıqlayıb. Əməliyyatdan sonra verilən açıqlamada terrorçuların hədəflərinin tam vurulduğu açıqlanıb.

Əməliyyat əmrini İndoneziyadan qayıdan təyyarədə prezident Ərdoğanın şəxsən Milli Müdafiə naziri Hulusi Akara verdiyi öyrənilib.

Sözügedən fotoları təqdim edirik:

 

 

TƏRCÜMƏ: MİRİ MƏCİDLİ