İstanbulda yenidən leysan gözlənilir: Əhaliyə xəbərdarlıq edildi
15 Oktyabr 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
264
18.11.2022, 11:42
Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri var. Tarixən dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və daim bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ötən 30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması xüsusi məmnunluq doğurur.
OXU24.COM bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Gürcüstan Prezidenti Salome Zurabişviliyə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, daim genişlənən siyasi dialoqumuz qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə hərtərəfli inkişafına güclü təkan verib, irimiqyaslı enerji və nəqliyyat layihələrinin müvəffəqiyyətlə gerçəkləşməsinə əlverişli imkan yaradıb. Birgə həyata keçirilən önəmli layihələr bu gün dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, bölgəmizin rifahına, sabitliyinə və təhlükəsizliyinə töhfə verir və ümumiyyətlə bütün Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır.
Məktubda daha sonra deyilir: "Bu gün iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm amillərdir. Biz dost Gürcüstan ilə əlaqələrimizə böyük önəm verir və onları daha da dərinləşdirmək əzmindəyik. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığını genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlar vardır".
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, mövcud imkanlardan yararlanaraq xalqlarımızın və ölkərimizin rifahı, regionumuzda sülh, sabitlik və tərəqqinin bərqərar olması naminə Azərbaycan ilə Gürcüstan arasında müstəsna xarakter daşıyan əlaqələrin, strateji tərəfdaşlığın birgə səylərimizlə daha da möhkəmlənməsinə nail olacağıq.
NİGAR OKTAY QIZI
00:52 / 16 Oktyabr 2026
87
00:10 / 16 Oktyabr 2026
112
23:39 / 15 Oktyabr 2026
91
23:19 / 15 Oktyabr 2026
119
23:00 / 15 Oktyabr 2026
125
22:40 / 15 Oktyabr 2026
128
22:22 / 15 Oktyabr 2026
120
22:15 / 15 Oktyabr 2026
426
22:10 / 15 Oktyabr 2026
135
22:06 / 15 Oktyabr 2026
138
22:06 / 15 Oktyabr 2026
94
22:06 / 15 Oktyabr 2026
105
21:55 / 15 Oktyabr 2026
128
21:42 / 15 Oktyabr 2026
113
21:23 / 15 Oktyabr 2026
180
21:12 / 15 Oktyabr 2026
125
21:07 / 15 Oktyabr 2026
176
20:56 / 15 Oktyabr 2026
112
20:48 / 15 Oktyabr 2026
119
20:30 / 15 Oktyabr 2026
181
20:21 / 15 Oktyabr 2026
107
20:13 / 15 Oktyabr 2026
102
20:07 / 15 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.