Qaynar xətt:

(+99450) 247 90 86

İsrail Ukraynaya kömək edib - MƏXFİ MƏLUMAT YAYILDI

İsrail Ukraynaya kömək edib - MƏXFİ MƏLUMAT YAYILDI

DÜNYA

256

17.11.2022, 20:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son aylarda İsrail Ukraynaya dəstək üçün büdcəsindən milyonlarla dollar xərcləyib. ABŞ-ın təzyiqi altında Qüds Kiyev üçün “strateji materialların” alınmasını maliyyələşdirməyə razılıq verdi.

Oxu24.com  xəbər  verir  ki,  bu barədə noyabrın 17-də İsrailin “Haaretz” nəşri məlumat yayıb.


Qərb diplomatik mənbələrinin məlumatına görə, İsrailin yüksək siyasi və hərbi eşalonu ABŞ prezidenti Co Bayden administrasiyasının İsrailin Ukraynaya humanitar yardımla məhdudlaşmayaraq yardımını genişləndirmək tələbindən sonra bununla razılaşıb. Materiallar digər şeylərlə yanaşı, Ukraynanı silahla təmin edən NATO ölkəsi vasitəsilə ötürülüb. Hansı avadanlıq verildiyi  göstərilməyib.

Haaretz həmçinin bildirir ki, son aylarda İsrail NATO ölkələrinə, o cümlədən Böyük Britaniyaya İsrail istehsalı olan silah sistemlərini, o cümlədən optoelektronik avadanlıq və atəşə nəzarət sistemlərini Ukraynaya ötürməyə razılıq verib. ABŞ mənbələrinin məlumatına görə, İsrail  Ukraynaya kəşfiyyat işində gizli yardım edir.

Tərcümə: Miri Məcidli