Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76740
az

Ən böyük qorxusu gerçək oldu - Ajda Pekkan ölümün bir addımlığında + FOTO

19:2617 Noyabr, 2022
130
  • A

Ötən günlərdə baş verən qəzadan sonra omba sümüyünü sındıran məşhur sənətçi Ajda Pekkanın yaşadığı qəza ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

OXU24.COM Türkiyə mətbuatına istinadən bildirir ki, məşhur müğənni Ajda Pekkanın səhər saatlarında evində baş verən hadisə nəticəsində omba sümüyü sınıb. 76 yaşlı sənətçi xəstəxanaya aparılıb və təcili əməliyyat olunub. Qəzadan sonra açıqlamalar verən sənətçinin meneceri Oğuz Arınmış məşhur sənətçinin səhər saatlarında evində yıxılaraq, omba sümüyünün qırılması nəticəsində təcili əməliyyata aparıldığını və noyabr ayında veriləcək konsertlərin ləğv edildiyini açıqlayıb.

 

Pop musiqisinin sevilən sənətçisi Ajda Pekkan noyabrın 2-nə keçən gecə yaşadığı təzyiq problemi səbəbindən tarazlığını itirib, yataq otağında yerə yıxılıb və bud sümüyündə sınıq yaranıb. İllərdir yataq otağının qapısını kilidləməyi vərdiş halına gətirən Ajda Pekkanın 3 saat yerdə kömək gözlədiyi məlum olub. Evdə işləyənlər bütün cəhdlərinə baxmayaraq içəri girə bilmədiklərindən çıxış yolunu qapını sındırmaqda görüblər. Köməkçiləri tərəfindən xəstəxanaya aparılan sənətçi əməliyyat olunub.

Əməliyyat 7 saat davam edib. Uğurlu əməliyyat keçirən Ajda Pekkanın səhhətinin yaxşı olduğu qeyd edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Məşhur reper axtarışa verildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub