Qaynar xətt:

(+99450) 247 90 86

İran tankeri vurdu

İran tankeri vurdu

DÜNYA

211

17.11.2022, 12:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
ABŞ Mərkəzi Hərbi Komandanlığı (Centcom) bu həftə Oman sahillərində Liberiya bayrağı altında üzən tankerin İrana məxsus pilotsuz uçuş aparatları ilə vurulduğunu iddia edib.
Bu barədə Oxu24.com "İnterfaks"a istinadən xəbər verir. "Noyabrın 15-də yerli vaxtla saat 22:00-da Oman körfəzində İran istehsalı olan pilotsuz uçuş aparatı Liberiya bayrağı altında üzən “Pacific Zircon” tankerinə hücum edib. Bu tanker İsraillə əlaqəli kommersiya strukturuna məxsusdur", - “Centcom”un bəyanatında deyilir.
“Qırıntılar üzərində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, bu, “Shahed” seriyasına aid zərbə dronudur. Gəmi zədələnsə də, itki yoxdur”, - bəyanatda vurğulanır. Tankerin məxsus olduğu və israilli iş adamının rəhbəri olduğu Sinqapurun “Eastern Pacific Shipping” şirkəti dəymiş zərərin minimal olduğunu açıqlayıb. Bundan başqa, yanacaq axıntısının qarşısının alındığı bildirilir.