Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: İsveç konstitusiyasını Türkiyəyə görə dəyişdi

SON DƏQİQƏ: İsveç konstitusiyasını Türkiyəyə görə dəyişdi

DÜNYA

371

17.11.2022, 11:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsveç parlamenti ölkənin NATO-ya üzv ola bilməsi üçün konstitusiyaya düzəlişlər etməyi qəbul edib.

Türkiyə dövlətin əsas sənədində dəyişiklik edilməsində israr edib.

OXU24.COM Euronews-a istinadən xəbər verir ki, Ankaranın tələbi ilə İsveç konstitusiyasına terrora qarşı daha sərt mübarizə ilə bağlı düzəlişlər edilib.

Dəyişikliklərin lehinə 349 deputatdan 278-i səs verib. Dəyişikliklər xüsusilə terror təşkilatlarında iştiraka görə cinayət məsuliyyətini genişləndirməyə imkan verir.

İsveç və Finlandiya 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər.

Macarıstan və Türkiyə istisna olmaqla, alyansın 30 üzvündən 28-i bunu təsdiqləyib.