Keşiş insanları güllələdi
16 Oktyabr 2026, 17:33
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
371
16.11.2022, 12:08
“Polşaya atılan raketlər texniki səhv ola bilər və ya başqa səbəblər ola bilər”.
Oxu24.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.
O, ABŞ Prezidenti Cozef Baydenin hadisə ilə bağlı açıqlamasını xatırladıb.
“Bayden də deyib ki, raketlər Rusiya istehsalı deyil. Almaniya kansleri Olaf Şoltsla da bu barədə danışdım. Hələ konkret bir şey yoxdur. Amma məsələ araşdırılmalıdır.
Biz ən qısa zamanda Rusiya ilə Ukraynanı eyni masa arxasında əyləşdirmək istəyirik. Belə bir vaxtda təhriklər düzgün addım deyil”, - Türkiyə lideri vurğulayıb.
R.T.Ərdoğan söyləyib ki, Rusiya ilə Türkiyə arasında əlaqələr bütün sahələrdə inkişaf edib: “Biz qonşuyuq. Sülhün yolu dialoqdan keçir. Ukrayna ilə Rusiya arasında savaşın bitməsinə çalışırıq. Belə bir vaxtda müharibənin üçüncü tərəfinin ortaya çıxması doğru deyil”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilirdi. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.
Eyni zamanda, noyabrın 16-da Polşanın tələbi ilə NATO səfirləri Alyansın Nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər.
İnsidentlə əlaqədar çıxış edən Polşa Prezidenti Anjey Duda Alyansın döyüşə hazır vəziyyətdə olduğunu vurğulayıb: “Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla Nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.
Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edir və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görür.
17:33 / 16 Oktyabr 2026
1
17:17 / 16 Oktyabr 2026
180
17:16 / 16 Oktyabr 2026
32
16:59 / 16 Oktyabr 2026
408
16:51 / 16 Oktyabr 2026
69
16:34 / 16 Oktyabr 2026
63
16:15 / 16 Oktyabr 2026
900
16:13 / 16 Oktyabr 2026
71
16:09 / 16 Oktyabr 2026
72
16:01 / 16 Oktyabr 2026
174
15:39 / 16 Oktyabr 2026
221
15:35 / 16 Oktyabr 2026
204
15:29 / 16 Oktyabr 2026
172
15:22 / 16 Oktyabr 2026
314
15:20 / 16 Oktyabr 2026
79
15:10 / 16 Oktyabr 2026
66
15:00 / 16 Oktyabr 2026
71
14:45 / 16 Oktyabr 2026
73
14:41 / 16 Oktyabr 2026
110
14:24 / 16 Oktyabr 2026
2106
14:22 / 16 Oktyabr 2026
112
14:17 / 16 Oktyabr 2026
101
14:11 / 16 Oktyabr 2026
630
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.