Keşiş insanları güllələdi
16 Oktyabr 2026, 17:33
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
293
15.11.2022, 23:29
Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb. Bu, Polşada iki raketin düşməsi xəbərləri fonunda baş verib.
“OXU24.COM” xəbər verir ki, Polşanın Lyublyana vilayətinin Pşevodov kəndi ərazisinə iki raketin düşməsi faktını ZET radiosu yayıb.
Məlumata görə, raketlər taxıl qurutma maşınlarına düşüb. Hadisə nəticəsində iki nəfər ölüb. Polis, prokurorluq və ordu hadisə yerindədir.
Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün
NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.
Xatırladaq ki, noyabrın 15-də Ukrayna kütləvi raket hücumuna məruz qalıb. Polşa ilə həmsərhəd olan Lvov vilayətinə də raket hücumu edilib.
Polşanın Ukrayna ilə sərhədə yaxın ərazisinə raket düşüb.
İkiqanadlı raket Polşa-Ukrayna sərhədi yaxınlığında, Pşevoduv yaşayış məntəqəsindəki fermaya düşüb. Hadisə nəticəsində 2 polşalı fermer həlak olub. Raketlərin mənşəyi məlum deyil.
Hökumətin sözçüsü Pyotr Müller Tvitterdə Baş naziri Moravietskinin Milli Təhlükəsizlik Bürosunun təcili iclasını çağırdığını bildirib.
18:27 / 16 Oktyabr 2026
18
18:09 / 16 Oktyabr 2026
43
18:01 / 16 Oktyabr 2026
35
17:33 / 16 Oktyabr 2026
54
17:17 / 16 Oktyabr 2026
801
17:16 / 16 Oktyabr 2026
69
16:59 / 16 Oktyabr 2026
664
16:51 / 16 Oktyabr 2026
89
16:34 / 16 Oktyabr 2026
79
16:15 / 16 Oktyabr 2026
1246
16:13 / 16 Oktyabr 2026
87
16:09 / 16 Oktyabr 2026
86
16:01 / 16 Oktyabr 2026
260
15:39 / 16 Oktyabr 2026
251
15:35 / 16 Oktyabr 2026
250
15:29 / 16 Oktyabr 2026
200
15:22 / 16 Oktyabr 2026
343
15:20 / 16 Oktyabr 2026
86
15:10 / 16 Oktyabr 2026
72
15:00 / 16 Oktyabr 2026
79
14:45 / 16 Oktyabr 2026
78
14:41 / 16 Oktyabr 2026
123
14:24 / 16 Oktyabr 2026
2122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.