Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb
16 Oktyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
375
15.11.2022, 18:05
"Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur".
Söyülən, də döyülən də, edam edilən də, haqları, hüquqları əlindən alınan da güneyli soydaşlarımızdır. Bu səbəbdən də BMT-nin noyabrın 24-də İnsan Hüquqları Şurası "İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi" mövzusunda keçirəcəyi xüsusi sessiyada müzakirələr zamanı azərbaycanlılara qarşı ayrı seçkilik və təqiblər mövzusuna xüsusi diqqət ayırmalı, müzakirələrin prearitet istiqamətlərindən biri kimi məhz bu məsələlər qabardılmalıdır. Çünki nə qonşuluq, nə də islami dəyərlər baxımından İranın mövqeyi qəbuledilən deyil və artq bıçaq sümüyə dirənib.
Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının liderlərinin sesseiyasında etdiyi açıqlamalar, molla rejiminə ünvanladığı çıxış İran mediasının, iranlı deputatların, rəsmi tehranın və SEPAH-ın təkəbbürlü generallarının qarğa-quzğun kimi baş-başa verib Azərbaycana qarşı növbəti hədə, kin, nifrət püskürmə kampaniyasına start verməsi ilə müşahidə olunması mesajın qarşı tərəfdən alınmasını təsdiqləyən acı reallıqdır.
İranin bu yaxınlarda Türkiyə ərazisində terror həyata keçirmək cəhdlərinin müəyyən edilməsi (terrorçular zərərsizləşdirilib) faktı bir daha fars-molla rejimi üçün dünya türklərinin birliyindən böyük təhdidin olmadığı reallığını ortaya çıxarır.
Elə ötən gün İstanbulda baş verən dəhşətli teraktı PKK, ASALA kimi məşhur terror təşkilatlarının öz üzərlərinə götürmələri əslində reallığı bir o qədər əks etdirmədi. Bu hadisədə özlərinin rolunu, gücünü şişirtməyə çalışan bu əldəqayırma terror qruplarından daha iri güclərin "əl"i olduğu istisna edilmir. İraq, Suriya, Yəmən, Livanda terrorun arxasında məhz İranın durduğu, molla rejiminin Yaxın Şərqi qan gölməçəsinə çevirməsi ilə bağlı kifayət qədər dəlil-sübutların olması faktı bu mövzunun nə qədər aktuallığını, Tehran rejiminin Türk Dünyası üçün hazırda real təhlükəyə çevrildiyini göstərən növbəti faktordur.
Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX zirvə görüşünün İranın da, Rusiyanın da, Fransanın da, ermənilərin də yuxularını qarışdırdığını nəzərə alsaq, məhz xain qonşularımızdan bir zamanlar istehza ilə qarşıladıqları "TURAN" sözündən indi oddan qorxduqları kimi qorxduqlarını hesaba qatsaq, bu terakta cənub qonşumuzun əlinin olduğunu iddialar sırasına qoymaq olar.
Dinc, günahsız insanların edamında, qətlində peşəkar olan İran fars-molla rejimi bu cür dəhşətli qətllərə bais olmaqla Türk dünyasının inkişafını əngəlləməyə çalışan şeytani güc funksiyasını da öz çiyinlərinə götürə bilər. Odur ki, dünya anlamalıdır ki, İranın bu tutduğu yolİslamı gözdən salmağa, insanlığa qarşı vəhşilik nümunəsi olmaqla yanaşı, dünyadakı sabitliyə qarşı əsas təhdid xəttidir.
Dönüb molla rejiminin çıxdığı oyunlara nəzər salsaq Ermənistan istisna olmaqla İranın bütün qonşu ölkələrə qarşı düşmənçilik siyasəti, ideoloji və hərbi qarşıdurmada olduğunu görə bilərik.
Ona görə də BMT-nin İnsan Hüquqları Şurası bada olmaqla bütün beynəlxalq təşkilatlar fars molla-rejiminin bu qeyri-insani davranışlarını dayandırmaq, insanların haqlarını ayaq altına atmasına əngəl olmaq üçün artıq konkret əməli-praktiki addımlar atmağın zamanının yetişdiyini anlamalıdırlar.
19:15 / 16 Oktyabr 2026
11
19:12 / 16 Oktyabr 2026
1
19:09 / 16 Oktyabr 2026
22
19:05 / 16 Oktyabr 2026
39
19:00 / 16 Oktyabr 2026
56
18:59 / 16 Oktyabr 2026
41
18:55 / 16 Oktyabr 2026
60
18:51 / 16 Oktyabr 2026
126
18:49 / 16 Oktyabr 2026
52
18:48 / 16 Oktyabr 2026
79
18:42 / 16 Oktyabr 2026
53
18:42 / 16 Oktyabr 2026
69
18:38 / 16 Oktyabr 2026
61
18:37 / 16 Oktyabr 2026
209
18:36 / 16 Oktyabr 2026
56
18:33 / 16 Oktyabr 2026
53
18:33 / 16 Oktyabr 2026
79
18:27 / 16 Oktyabr 2026
69
18:09 / 16 Oktyabr 2026
74
18:01 / 16 Oktyabr 2026
61
17:33 / 16 Oktyabr 2026
69
17:17 / 16 Oktyabr 2026
1133
17:16 / 16 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.