Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb
16 Oktyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
369
15.11.2022, 17:19
Türkiyəli fizioqnom Əhməd Burakın "Bəyaz" TV-də yayımlanan "Hər yöndən" verilişində Rusiya, Ukrayna və ABŞ prezidentlərinin üz cizgilərini analiz etməsi sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.
OXU24.COM axar.az-a istinadən bildirir ki, öncə Rusiya Prezidenti Vladimir Putinin üz cizgilərini analiz edən Burak onun olduqca yaxşı kəşfiyyatçı olduğunu deyib.
"Kəşfiyyatçının təməl özəlliyi məlumatları sızdırmamasıdır. Üst dodaq insanın özü ilə bağlı, alt dodaq isə qarşısındakı ilə əlaqəli məlumat verir. Yəni üst dodağı incə və özünə doğru olan insanlar həm xəsis, həm də özü ilə bağlı heç nəyi deməyən şəxslərdir. Özü nəyisə demədiyi müddətcə heç kim onun nə düşündüyünü deyə bilməz. Alın quruluşu Putinin çox yaxşı analiz qabiliyyəti olduğuna dəlalət edir. Qaşların gözlərə yaxın olması insanın qorxusuz, cəsur olduğunun göstəricisidir. Qulaqları da böyük və çox aktivdir. Putinin burun quruluşu bir qədər qövsvari və çuxurdan başlayır. Bu isə insanın öz səyləri ilə hər şeyə sıfırdan başlayıb yüksələcəyini və müvazinətini itirməyəcəyini göstərir. Putinin burnu birbaşa iti formada olsaydı, o, bir yerə qədər gələcək, sonda məğlub olacaqdı. Qulağındakı çıxıntı isə müqavimət mənasına gəlir. Yəni deyilən fikirlərin ona heç bir təsiri yoxdur. Qulaq məməsinin forması öz azadlığına düşkün olduğunu göstərir. Asanlıqla kimdənsə əmr almayan biri olmaqla yanaşı, o, iyerarxik sistem, nizam yaradacaq bir xarakterə sahibdir", - Burak bildirib.
Zelenskini analiz edən mütəxəssis onun çıxışları zamanı inanılmaz dərəcədə aktyorluq etdiyini vurğulayıb:
"Təqlid edilə bilməyən yeganə duyğu cəsarətdir. Zelenski cəsur kimi davransa da, bu, onda çox qısa müddət davam edir. Ötən dəfə bir verilişə ciddi, ləyaqətli, xalqının yanında olan lider kimi qatılsa da, iki dəqiqədən sonra qəhqəhə çəkməyə başladı. Çünki Zelenski cəsarətli və qərarlı biri deyil. Qərarlı baxışı olsa belə, aktyorluq edir. Onun orbicularis oris əzələsi (ağızın həlqəvi əzələsi) də çıxıb. Bu isə saxta gülüşündən xəbər verir. Qulaqları kiçik olmaqla yanaşı, yuxarı hissəsi də çox güclü deyil. Bu isə təsir altına düşmə deməkdir.
Bundan əlavə, qulaqları da, üzü də asimmetrikdir. Onun psixoloji problemləri də var. Sabit xarakteri yoxdur.
Gözlərinin quruluşuna gəldikdə, onlar çuxurun içindədir və altında boşluqları var. Bu isə həmin şəxsin psixoloji problemlər yaşadığını və öz içində mübarizə apardığnı göstərir. Burnundakı əyrilik isə məsuliyyət altında əzildiyindən xəbər verir. Sonradan qaşının yanında qaraciyər ləkəsi də çıxıb. Bu, kimlərinsə onu vəzifəyə aldadılaraq gətirməsi, sonradan geri çəkilmələrindən doğan gərginliyin göstəricisidir. Bunun qaraciyərlə bağlantısı isə onu bu vəzifəyə gətirib yalnız qoyanlara əsəbiləşməsidir. Əsəb isə qaraciyərlərə təsir edir. Gözlərinin altının çox çökməsi isə ölüm qorxusundan yaranıb".
Ə.Burak Baydeni analizi zamanı üzündəki ən diqqətçəkən özəlliyinin gözlərində olduğunu qeyd edib:
"Co Baydenin göz kantuslarının (üst göz qapağının alt göz qapağı ilə birləşdiyi künclər) hər ikisi aşağıdır. Belə insanlar isə qarşısındakına mərhəmət etməzlər. Xarici kantusları da aşağıdır. Bu da insanın xain və kinli olmasından irəli gəlir. Baydenin qulaqlarındakı özəllik daxili heliksin xaricə doğru çıxıntılı olmasıdır. Bu, onun ana bətnində travma yaşamasından, psixoloji problemlərindən qaynaqlanır. Qaşları da qısa və gurdur. Belə insanlar isə vicdan, mərhəmətdən məhrum insanlardır. Burnunun orijinal olmadığını düşünürəm. Çünki hiyləgər insanların burnu dimdik olur. Dodaqların incə olmasından əlavə, içə doğru olub-olmadığı da önəmlidir. Əgər dodaq çölə doğrudursa, onda həmin şəxs qarşısındakı insanın haqqını qoruyan, sizi düşünən biridir. İçəridirsə, onda özünü düşünəndir. Baydenin üst dodağı isə içəridir, yəni böhran zamanı o, yalnız özünü düşünür".
19:09 / 16 Oktyabr 2026
16
19:05 / 16 Oktyabr 2026
32
19:00 / 16 Oktyabr 2026
48
18:59 / 16 Oktyabr 2026
36
18:55 / 16 Oktyabr 2026
59
18:51 / 16 Oktyabr 2026
123
18:49 / 16 Oktyabr 2026
51
18:48 / 16 Oktyabr 2026
77
18:42 / 16 Oktyabr 2026
52
18:42 / 16 Oktyabr 2026
68
18:38 / 16 Oktyabr 2026
61
18:37 / 16 Oktyabr 2026
202
18:36 / 16 Oktyabr 2026
56
18:33 / 16 Oktyabr 2026
53
18:33 / 16 Oktyabr 2026
79
18:27 / 16 Oktyabr 2026
69
18:09 / 16 Oktyabr 2026
74
18:01 / 16 Oktyabr 2026
61
17:33 / 16 Oktyabr 2026
69
17:17 / 16 Oktyabr 2026
1124
17:16 / 16 Oktyabr 2026
80
16:59 / 16 Oktyabr 2026
850
16:51 / 16 Oktyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.