Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın Baş naziri Azərbaycana gəlir

Rusiyanın Baş naziri Azərbaycana gəlir

DÜNYA

234

15.11.2022, 17:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
Bu barədə Nazirlər Kabinetindən “Oxu24.com ”-a daxil olan məlumatda bildirilir. Məlumatda qeyd olunub ki, Azərbaycanın və Rusiyanın Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.
Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq. Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir. Forumda Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, həmçinin hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.