Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76463
az

Türkiyə 100 ildən sonra bunu etdi: Onlar isə həyəcan təbili çalır - SENSASİON DETALLAR

23:4414 Noyabr, 2022
480
DÜNYA
  • A

Professor, Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlunun Musavat.com-a özəl şərhini təqdim edirik:

“Sonuncu dəfə Türkiyənin böyük şəhərlərindən birində sivil insanların həyatına son qoyan terror aktı 2017-ci ilin 1 yanvar tarixində səhər saatlarında İstanbulda gecə klubunda baş vermişdi. Keçən 5 ildən artıq müddətdə terrora cəhd halları olsa da, qarşısı zamanında alınmışdı. Əslində Türkiyənin son 6 ildə İraqın və Suriyanın şimalında apardığı silsilə antiterror əməliyyatları da öz bəhrəsini verməkdə idi. 5 ildən sonra isə terror yenidən İstanbulu, əslində isə Türkiyəni silkələdi. Və çox maraqlı məqam: elə həmin gün İstanbulun terror hadisəsi törədilən İstiqlal prospekti də daxil olmaqla, bir sıra mərkəzi ərazilərində HDP-çilər Türkiyə ordusunun PKK/KCK terror qruplarına qarşı keçirdiyi uğurlu əməliyyata etiraz olaraq qanunsuz və icazəsiz yürüş təşkil etmək istədilər. Basqı ortadadır: həm siyasi, həm də terror. Xətt eynidir, hədəf eynidir, elə sifarişçilər də.

Niyə indi?

Əslində səbəb çoxdur. Daha doğrusu, son 2 ildə baş verənlər bölgədə marağı olan qüvvələrin yenidən terror təzyiqini işə salmasına səbəb oldu da deyə bilərik. 2022-ci ilin özü isə birmənalı şəkildə Türkiyə, hətta türk dünyası üçün önəmli hadisələrlə yadda qalmaqdadır. Hazırda qlobal mənada baş verən proseslərdə Türkiyənin həm aktiv iştirakı, həm də əsas olaraq türk dünyasının inteqrasiyası üçün atılan ciddi, önəmli addımlar, heç şübhəsiz ki, qarşı tərəfi razı sala bilməzdi.

O zaman nələr baş verir, terror düyməsinə yenidən basılır?

Düz 2 il əvvəl Cənubi Qafqazda 44 gün davam edən müharibənin nəticəsi nəinki Cənubi Qafqaza, bütünlükdə bu bölgə ilə əlaqəsi olan digər qonşu bölgələrə də, əsasən Yaxın Şərq və ya elə post-sovet məkanına, yaxud da Mərkəzi Asiyaya ciddi təsir göstərdi. Bu nəticələr təkcə Azərbaycanın 30 illik işğala son qoyması ilə məhdudlaşmadı, eyni zamanda qlobal mənada yeni geosiyasi reallıqları ortaya qoymuş oldu. Məsələn, 100 ildən sonra Türkiyə Cənubi Qafqaza daxil oldu. Və ya məsələn, Zəngəzur dəhlizi əsas hədəf olaraq bəlirləndi. Xatırladım ki, bu dəhlizə “Turan dəhlizi” deyirlər.

Müharibədən sonra baş verənlər isə ümumiyyətlə əhəmiyyəti ilə fərqlənir. Bir il sonra 2021-ci ildə Türkdilli ölkələrin İşbirliyi Şurası yeni bir güc mərkəzinə, yeni təşkilata - Türk Dövlətləri Təşkilatına çevrilir. “Zəngəzur dəhlizi”nə “Turan dəhlizi” deyənlər bu dəfə artıq “Turan bloku”nun yaranması barədə həyəcan təbili çalırlar.

Bu təşkilatın yaranması fonunda, müasir çağırışlara cavab verəcək səviyyədə türk dövlətlərinin bütün sahələr üzrə inteqrasiyasına start verilir. Burada 2022-ci il ərzində Azərbaycan və Türkiyə prezidentlərinin Orta Asiya türk cümhuriyyətlərinə səfərləri, keçirilən yüksək səviyyəli görüşləri və görüşlər nəticəsində imzalanan müqavilələri yada salmaq mütləqdir. Bu zaman əsas kimi də məhz Türkiyə və Azərbaycan arasında 2021-ci ilin iyununda imzalanan və olduqca ciddi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin elementlərini də görməmək mümkün deyil. Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşü isə ümumiyyətlə vacib qərarlar və mesajları ilə yadda qaldı. Heç şübhəsiz ki, bu zirvə toplantısı, orada verilən mesajlar regionda marağı olan qüvvələri narahat etməyə bilməzdi.

Lakin Zirvə toplantısı yeganə səbəb deyil...

Son zamanlarda Türkiyə terrora qarşı mübarizədə kifayət qədər ciddi addımlar atdı. İstər PKK/PYD-yə qarşı İraqda aparılan “Pəncə-Kilid” əməliyyatı, Suriyada baş verən son proseslər (məsələn, Azad Suriya Ordusunun yeni sistemə keçməsi), istərsə də böyük şəhərlərdə aparılan antiterror əməliyyatları terror təşkilatlarından Türkiyəyə son 40 ildə təzyiq aləti kimi istifadə edən qüvvələri razı sala bilməzdi.

Türkiyə ən yüksək səviyyədə dəfələrlə regionda terrora qarşı mübarizədə tək olduğunu bəyan edib. Qərbin bu terror təşkilatlarına hər cür maliyyə, logistik dəstək verdiklərini də sübutlarla ortaya qoyub. 

Bu terror aktı eyni zamanda Türkiyənin müstəqil siyasətinə qarşı bir cavabdır. Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Şərqi Aralıq dənizi, hətta Rusiya-Ukrayna müharibəsində belə Türkiyə kilid mövqe üstlənməkdədir. Dünyanın “taxıl böhranı”nı çözən ünvan Türkiyədir. Qərblə Rusiya dialoqunda da qəbul edilən vasitəçi Türkiyədir. Buna paralel olaraq, nəhayət ki, uzun müddətdən sonra İsrail-Türkiyə münasibətləri normal məcraya qədəm qoyur, diplomatik münasibətlər bərpa edilir, tərəflər bir-birlərinə isti mesajlar ötürürlər. Əlavə olaraq, Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı önəmli addım atılır: KKTC Türk Dövlətləri Təşkilatına müşahidəçi statusla üzv qəbul edilir. Sadalananların hər biri özlüyündə ciddi məqamlardır.

Başqa bir önəmli məqam isə terror hadisəsinin məhz Türkiyə prezidentinin G-20 zirvəsinə yola düşməyə hazırlaşdığı gün baş verməsi ilə bağlıdır.

irvə görüşünə isə rəsmi Ankara kifayət qədər ciddi mövzularla gedir. Yəni gündəmi Ankara bəlirləmək niyyətindədir. Lakin bu terrorla verilən mesaj odur ki, regionda marağı olan güclər öz gündəmlərini diktə etmək fikrindədirlər. Ankaraya bir mesaj verilir. Lakin unudurlar. Unudurlar ki, türkün zorbalığa, zorakılığa, təzyiqə baş əydiyi nə zaman görüldü ki? Qarşıdan isə 2023-cü il gəlir. Həm Cümhuriyyətin 100 illiyi, həm də seçki ilidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsveç Sevpotokla bağlı beynəlxalq araşdırmanın “heç nə verməyəcəyini” açıqlayıb
Müdafiə nazirinin müavini İrana səfər edib
Rusiya Makrona cavab verdi

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi