Qaynar xətt:

(+99450) 247 90 86

Putin Kadırovun arvadı ilə bağlı sərəncam verdi

Putin Kadırovun arvadı ilə bağlı sərəncam verdi

DÜNYA

327

14.11.2022, 18:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putin iki rus qadınına - Medni Kadırova (Çeçenistan) və Olqa Dextyarenkoya (Yamal-Nen Muxtar Vilayəti) “Qəhrəman Ana” adının verilməsi haqqında fərman imzalayıb.

 

Oxu24.com  xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc olunub.

 

Bu ad onlara ailə institutunun möhkəmləndirilməsində və uşaqların tərbiyəsində böyük xidmətlərinə görə verilib.

 


Avqust ayında Vladimir Putin Rusiyada on və ya daha çox uşaq dünyaya gətirən və böyüdən qadınlara “Qəhrəman Ana” adının verilməsi haqqında fərman imzalayıb.

 

"Qəhrəman Ana" adı verilərkən təltif edilmiş anaya 1 milyon rubl məbləğində birdəfəlik pul mükafatı verilir.

 

Medni Musayevna Kadırova Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun arvadıdır. Onların 11 (7 qız, 4 oğlan) övladı var.