ABŞ yeni qanun layihəsi təqdim edib
16 Oktyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
314
14.11.2022, 15:20
Rusiya ordusunun əlində olan silah-sursat, hərbi texnika və aviasiya tamamilə yararsız olmasa da, müasir dövrün tələblərinə cavab vermir. Çünki orduda 1990-cı ildən əvvəl istehsal olunan silahlardan istifadə olunur.
OXU24.COM bildirir ki, bu sözləri Axar.az-a Rusiyanın Ukraynada məğlub olması səbəbləri haqqında danışan Türkiyə Hava Qüvvələrinin ehtiyatda olan general-polkovniki Ərdoğan Karakuş deyib.
General Ukrayna müharibəsindən əvvəl Liviya, Suriya və Qarabağda Rusiyanın hərbi təchizat baxımından zəif olduğunun üzə çıxdığını vurğulayıb:
"Bizim qüvvələrimiz Liviyaya göndərildiyi zaman Rusiyanın da orada dəstəklədiyi "Vaqner" var idi. Türkiyənin təlim verdiyi və silah-sursat, hərbi texnika dəstəyi göstərdiyi Liviya ordusu ilə döyüşdə vaqnerçilər məğlub edildi. Liviya mərkəzi hökuməti ölkə ərazisinin yalnız 6 faizinə nəzarət edirdi, 94 faiz ərazi isə qarşı tərəfin əlində idi. Lakin hazırda mərkəzi hökumət ölkə ərazisinin əlli faizinə nəzarət edir. Əlbəttə, burada Türkiyənin verdiyi hərbi təlimlərin və dəstəyin rolu danılmazdır. Sonra Silahlı Qüvvələrimiz Rusiyanın silah-sursat və hərbi texnikalarla təchiz etdiyi qrupları çox böyük uğurla darmadağın etdi. Arxasından İkinci Qarabağ müharibəsi başladı və Azərbaycan Silahlı Qüvvələri tamamilə Rusiyanın silahları təchiz olunmuş Ermənistan ordusunu darmadağın edərək böyük bir zəfər qazandı.
Yəni sadaladığımız toqquşmalarda Rusiya silahlarının, hərbi texnikasının və aviasiyasının zəifliyi açıq şəkildə özünü göstərdi. Rusiya Ukraynada müharibəyə girmədən öncə bütün bunları düşünməli idi. Əvvəl Ukraynanın əlindəki silahlar zəif idi, amma sonra Rusiya ordusu ABŞ başda olmaqla, Qərbin Kiyevə verdiyi müasir silahların, müdafiə sistemlərinin qarşısında duruş gətirə bilmədi. Sonra Moskva nüvə silahından istifadəni gündəmə gətirdi. Ancaq nüvə silahlarından da istifadə çox çətin olduğu üçün hazırki vəziyyət formalaşdı. Misal üçün deyə bilərəm ki, Rusiyanın Hava Qüvvələri yüksək məsafədən atəş edə bilmir. Belə ki, hərbi təyyarələrdə lazer bələdçisi olmadığı üçün alçaq məsafədən atəş açmağa məcbur olur və "Stinger" sistemləri üçün asan ova çevrilir. Müharibədə bu qədər qırıcı təyyarə və helikopter itirmələrinin səbəbi də budur. Helikopterlər ümumiyyətlə zəif olduqları üçün asan hədəfə çevrilir. Rusiya hərbi birliklərinin sürətli yerdəyişməsini, dislokasiyasını da həyata keçirə bilmədi. Bütün bu və digər səbəblər Rusiyanın məğlub olmasına və işğal etdiyi əraziləri itirməsinə gətirib çıxartdı".
22:14 / 16 Oktyabr 2026
1
22:11 / 16 Oktyabr 2026
12
22:08 / 16 Oktyabr 2026
11
21:50 / 16 Oktyabr 2026
41
21:18 / 16 Oktyabr 2026
65
21:16 / 16 Oktyabr 2026
46
21:03 / 16 Oktyabr 2026
59
20:55 / 16 Oktyabr 2026
70
20:39 / 16 Oktyabr 2026
80
20:36 / 16 Oktyabr 2026
84
20:08 / 16 Oktyabr 2026
87
20:02 / 16 Oktyabr 2026
87
19:53 / 16 Oktyabr 2026
83
19:50 / 16 Oktyabr 2026
129
19:38 / 16 Oktyabr 2026
100
19:34 / 16 Oktyabr 2026
97
19:26 / 16 Oktyabr 2026
70
19:25 / 16 Oktyabr 2026
88
19:15 / 16 Oktyabr 2026
57
19:12 / 16 Oktyabr 2026
291
19:09 / 16 Oktyabr 2026
89
19:05 / 16 Oktyabr 2026
74
19:00 / 16 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.