Qaynar xətt:

(+99450) 247 90 86

Süleyman Soylu: ABŞ-ın başsağlığını qəbul etmirik - FOTO

Süleyman Soylu: ABŞ-ın başsağlığını qəbul etmirik - FOTO

DÜNYA

461

14.11.2022, 13:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İstanbulun İstiqlal küçəsində partlayışı törədən terrorçular saxlanılmasaydı, bu gün Yunanıstana qaçacaqdılar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, terror aktının sifarişçiləri partlayışı törədən şəxsin öldürülməsi ilə bağlı əmr verərək sübutları aradan qaldırmağa çalışıb.

Soylu əlavə edib ki, Türkiyə terror aktı ilə ona mesaj göndərənlərin cavabını verəcək, antiterror əməliyyatını davam etdirəcək.

"ABŞ-ın başsağlığını qəbul etmirik", - nazir vurğulayıb.

Məqaləyə dair fotomateriallar: