Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76324
az

İrana məxsus narkotik vasitələri daşıyan gəmi saxlanılıb

09:2612 Noyabr, 2022
95
DÜNYA
  • A
Yəmənin cənubundakı Sokotra adasının sularında içərisində İran vətəndaşlarına məxsus narkotik vasitələrin olduğu gəmi ələ keçirilib. Oxu24.com xəbər verir ki, bu barədə Yəmənin rəsmi SABA agentliyi məlumat yayıb. Məlumata görə, 3 yəmənli dənizçi Mehr şəhərinin təhlükəsizlik orqanlarına təhvil verilib, onlar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yanan gəmidən xilas edilib. Agentlik bildirib ki, dənizçilər dindirmə zamanı Yəmən sahillərində İrana məxsus narkotikləri daşıyan gəminin hərəkəti barədə məlumat veriblər. Təhlükəsizlik bölmələri Sokotrada hərbi dəniz qüvvələri ilə əməkdaşlıq edərək həmin gəmiyə nəzarəti ələ keçirdilər. Müsadirə edilən narkotiklərin sayı dəqiqləşdirilmir. Gəmi lazımi hüquqi prosedurların həyata keçirilməsi üçün Sokotradakı Hadibu limanına çatdırılıb. Hazırda bununla bağlı İran rəsmilərindən heç bir açıqlama daxil olmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Kiyev müharibədən sona qədər əl çəkməyə hazır deyil"
Kanadada zəlzələ baş verib
ABŞ Ukrayna Silahlı Qüvvələrinin öz aerodromlarını qorumaq qabiliyyətini itirdiyini açıqlayıb

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat