Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76299
az

Buğda asıllılığının azaldılması istiqamətində Prezident İlham Əliyevin xüsusi tapşırığı var - Samir Şərifov

14:5911 Noyabr, 2022
145
DÜNYA
  • A

Azərbaycanın idxal olunan buğdadan asılılığının azaldılması istiqamətində Prezident İlham Əliyevin xüsusi tapşırığı var və bu istiqamətdə ciddi işlərə başlanılıb.

OXU24.COM  Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Ətraflı

Nazir bildirib ki, strateji hesab olunan istiqamətlər üzrə müvafiq ehtiyatların yaradılması istiqamətində iş gedir. "Bu baxımdan xüsusi proqram var. Eyni zamanda ehtiyatların yenilənməsi istiqamətində də iş aparılır. Yəni müəyyən ərzaq məhsulları var ki, onlar köhnəlmədən bazarda satılmalı və yeni məhsullar alınaraq ehtiyat yenilənməlidir", - deyə nazir əlavə edib

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi