Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76273
az

ABŞ Rusiyanı bazar iqtisadiyyatı statusundan məhrum edib

10:5411 Noyabr, 2022
74
  • A

ABŞ Ticarət Nazirliyi Rusiyanı bazar iqtisadiyyatı statusundan məhrum edib.

Oxu24.com  “Reuters”ə istinadən xəbər verir ki, Rusiya müvafiq statusu 20 il öncə alıb.

Qeyd olunub ki, o, Rusiyadan gələn mallara antidempinq rüsumlarının hesablanmasını məhdudlaşdırırdı.

Ticarət Nazirliyi Rusiya hakimiyyətinin iqtisadi proseslərə böyük müdaxiləsinin qiymətlərin və xərclərin təhrif edilməsinə səbəb olduğunu vurğulayıb. Bu səbəbdən Rusiya şirkətlərinin ABŞ-a mal idxalı üçün qiymətləri ədalətli müəyyən edib-etmədiyi məlum deyil.

“Bu qərar Birləşmiş Ştatlara Rusiya hökumətinin onların iqtisadiyyatına artan müdaxiləsi nəticəsində yaranan bazar təhriflərini aradan qaldırmaq üçün ABŞ-ın antidempinq qanunlarının bütün gücündən istifadə etmək imkanı verir”, - qurumun bəyanatında bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Radikal qruplaşmanın komandiri öldürüldü
İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO
Rusiyada zəlzələ oldu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü