Qaynar xətt:

(+99450) 247 90 86

İranda öldürülən güləşçinin media fəalı olan bacısı tutuldu

İranda öldürülən güləşçinin media fəalı olan bacısı tutuldu

DÜNYA

250

10.11.2022, 17:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran mediası onun ölkədən qaçmaq istəyərkən təhlükəsizlik orqanı tərəfindən tutulduğunu yazıblar.

OXU24.COM  bildirir ki, məlumatda İlham Əfkarinin xaricdə fəaliyyət göstərən İran hökumətinə müxalif media orqanları və təşkilatlarla əlaqədə ittiham olunduğu bildirilib.

Müstəqil media, sosial şəbəkə fəalları, insan haqları müdafiəçiləri rəsmi Tehranın iddialarını təkzib edir və fəalın öz evində yaxalandığını yazıblar.

Bir neçə gün öncə ETTELAAT Nazirliyi ölkədən xaricdə fəaliyyət göstərən müxalif media orqanları ilə işbirliyi edənlərə qarşı ölçü götürəcəyinə dair xəbərdarlıq edib.

Qeyd edək ki, iranlı güləşçi Nəvid Əfkari 2018-ci ilin avqust etirazlarından sonra həbs edilmiş, sonra isə Şiraz şəhər Su İdarəsinin mühafizəçisini öldürməkdə şərlənərək edam edilmişdi.

Onun edamından sonra ailəsinin susmadığına, Nəvidin edamının siyasi baxışlarına görə olduğu barədə bəyanatlarından sonra, öldürülmüş güləçinin iki qardaşı da həbs olunub və ailəyə qarşı davamlı basqılar edilir.