Azərbaycan QHT-si son günlərdə Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edib
16 Oktyabr 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
327
09.11.2022, 10:59
ABŞ-ın Corciya ştatının sakinindən 50 min bitkoin və ya təxminən 1 milyard dollar dəyərində kriptovalyuta müsadirə edilib.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, o, rəqəmsal aktivləri oğurlamaq üçün fırıldaqçılıqda günahını etiraf edib.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, cinayət 2012-ci ilin sentyabrında baş verib. O zaman şübhəli Ceyms Çjun "Silk Roud" ticarət platformasından 50 minə yaxın bitkoin oğurlayıb.
Açıqlamaya görə, o, kiçik məbləğlərlə saytda hesablar qeydiyyatdan keçirib və sonradan xidmətdəki boşluqdan istifadə edərək eyni anda həmin hesablardan bir neçə dəfə pul çıxarıb. Beləliklə də, Çjun yatırdığından daha artıq məbləğlər əldə edib. O, oğurlanmış bitkoinlər kimliyini və vəsaitin mənbələrini gizlətmək üçün müxtəlif pul kisələrinə köçürüb.
2021-ci ilin noyabrında oğurlanmış bitkoinlərin əhəmiyyətli bir hissəsi Çjunun evinin zirzəmisindəki seyfdə olan rəqəmsal daşıyıcıda tapılıb. Kriptovalyutanın daha bir kiçik hissəsi isə tualetdə saxlanılan kompüterdə aşkar edilib.
Çjun 2022-ci ilin martında istintaqla əməkdaşlığa başlayıb və mindən çox bitkoini könüllü olaraq təhvil verib. Hazırda onu 20 ilə qədər həbs cəzası gözləyə bilər.
Qeyd edək ki, "Silk Roud" bazarı 2011-ci ildən 2013-cü ilə qədər məxfi internet məkanında fəaliyyət göstərib.
00:27 / 17 Oktyabr 2026
129
00:12 / 17 Oktyabr 2026
84
23:58 / 16 Oktyabr 2026
109
23:49 / 16 Oktyabr 2026
164
23:42 / 16 Oktyabr 2026
105
23:42 / 16 Oktyabr 2026
195
23:29 / 16 Oktyabr 2026
578
23:22 / 16 Oktyabr 2026
77
23:08 / 16 Oktyabr 2026
89
23:06 / 16 Oktyabr 2026
549
23:01 / 16 Oktyabr 2026
97
23:00 / 16 Oktyabr 2026
78
22:55 / 16 Oktyabr 2026
500
22:52 / 16 Oktyabr 2026
78
22:45 / 16 Oktyabr 2026
84
22:35 / 16 Oktyabr 2026
708
22:25 / 16 Oktyabr 2026
99
22:14 / 16 Oktyabr 2026
81
22:11 / 16 Oktyabr 2026
75
22:08 / 16 Oktyabr 2026
90
21:50 / 16 Oktyabr 2026
120
21:18 / 16 Oktyabr 2026
109
21:16 / 16 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.