Hörmüz boğazında minaya toxunan supertanker partlayıb
17 Oktyabr 2026, 09:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
395
06.11.2022, 01:53
İranın "Səhər" kanalının Azərbaycan haqqında hazırladığı və daha çox öz fəaliyyətlərini tənqid etmək kimi görünən verilişdə səslənən fikirlər iki suala cavab verir:
Birincisi, İran şiəlikdən necə siyasi alət kimi istifadə edir və Azərbaycana qarşı planları nədir;
İkincisi, İranın Azərbaycandakı casus şəbəkəsini harada axtarmaq lazımdır?!
Verilişdə qeyd olunur ki, İran 30 il vaxt itirdi, mövqeləri zəiflədi və Azərbaycanda potensial şiə hərəkatı boşa çıxdı.
- İndi Azərbaycanda İran hər gün ittiham olunur: İrana qarşı ittihamlara cavab verəcək adamları bu illər ərzində Azərbaycanda yetişdirmək mümkün deyildi? Bir qrup şəxsdən başqa heç kim etmir;
- İranda təhsil alan, İmam Mehdinin "çörəyini yeyən" minlərlə tələbə haradadır?
Bu, molla rejiminin İranda təhsil alan tələbələrə potensial təsir agenti kimi baxdığının etirafıdır: mollalar "İmam Mehdinin çörəyi"ni yeyən tələbələrindən dəstək istəyir, eyni zamanda, hələ də "bir qrup şəxsin" onların təsirində olduğunu deyirlər.
Və belə etiraf Azərbaycan dövlətini dini təhsil məsələsinə daha da həssas yanaşmasını zəruri edən amildir.
- İranın pulu ilə Azərbaycanda yaradılan xəbər saytları indi Ankara və Bakını niyə təbliğ edir?
Molla rejimini təbliğ edən media resurslarının sayları azalsa da, olduğunu bilirik. "Səhər" telekanalı bunu etiraf edir. Bu media orqanlarının "Ankara və Bakını təbliğ etməsi"nə İranın uğursuzluğu kimi baxmaq olar, lakin o da istisna deyil ki, bunu şəraitə uyğun edir və bu yolla özlərini gizlədirlər.
- Küçələrdə İrana dəstək verəcək on minlərlə dindar haradadır?
İran Azərbaycandakı dindarları öz tərəfdarı kimi təqdim edir, lakin dindar olmaq "İran casusu" olmaq demək deyil: molla rejiminin bu tezisində hədəfi bütün inanclı azərbaycanlılar haqda şübhə toxumu səpmək, onları hədəfə çevirmək məqsədi daşıya bilər; inanclı kəsim molla rejiminə qarşı mövqeyi ilə öz tərəfini seçməli və başqa ölkənin onlardan siyasi alətə kimi istifadə cəhdinə imkan verməməlidir.
- Azərbaycanın təhlükəli olduğunu başa düşdük, bəs Rusiya və İranda yaşayanlar hardadır, niyə susurlar?
Mollalar Cənubi Azərbaycandakı soydaşlarımızı Bakıya qarşı qaldırmaq, dini kimliyin milli kimliyin önünə keçməsinə nail olmaq istəyirlər. Burada əsas diqqətçəkən məqam "Rusiyadakı azərbaycanlılardan" dəstək istəmələridir. İranın Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandakı soydaşlarımızı da öz təsirinə salmaq istiqamətində çalışdığı, müəyyən nəticələr əldə etdiyi də bəllidir.
Borçalıda tərəfdarları var, o cümlədən, Rusiyada, xüsusilə Moskvada azərbaycanlıların ibadət etdiyi məscidlərdə İran təbliğatının güclü olduğunu bilirik. İstisna deyil ki, İran Azərbaycanla qarşıdurmada Rusiyada və Gürcüstanda yaşayan azərbaycanlı tərəfdarlarından da istifadə etməyə çalışacaq.
Etiraflardan ibarət olan bu çağırışların hədəfinin Azərbaycanda dindar kəsimi "İranın müdafiəsi" məqsədilə hərəkətə keçirmək olması ehtimalı da nəzərdən qaçmamalıdır.
12:39 / 17 Oktyabr 2026
9
12:28 / 17 Oktyabr 2026
99
12:22 / 17 Oktyabr 2026
50
12:10 / 17 Oktyabr 2026
80
12:00 / 17 Oktyabr 2026
75
11:54 / 17 Oktyabr 2026
59
11:50 / 17 Oktyabr 2026
242
11:48 / 17 Oktyabr 2026
62
11:37 / 17 Oktyabr 2026
64
11:35 / 17 Oktyabr 2026
75
11:33 / 17 Oktyabr 2026
67
11:01 / 17 Oktyabr 2026
162
10:59 / 17 Oktyabr 2026
66
10:51 / 17 Oktyabr 2026
83
10:50 / 17 Oktyabr 2026
100
10:13 / 17 Oktyabr 2026
222
10:11 / 17 Oktyabr 2026
77
09:50 / 17 Oktyabr 2026
108
09:18 / 17 Oktyabr 2026
1493
09:13 / 17 Oktyabr 2026
151
09:10 / 17 Oktyabr 2026
89
00:27 / 17 Oktyabr 2026
223
00:12 / 17 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.