Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
17 Oktyabr 2026, 16:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
453
04.11.2022, 15:33
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əiiyevin bu gün imzaladığı sərəncamla general-mayor Mayis Şükür oğlu Bərxudarova "general-leytenant" ali hərbi rütbəsi verilib.
OXU24.COM Bizim.Media-ya istinadən xəbər verir ki, Mayis Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. Uşaq yaşlarında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub.
1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mayis Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.
Baş leytenant Mayis Bərxudarov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Polkovnik Mayis Bərxudarov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.
2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak edib, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb.
Cəbrayıl, Xocavənd, Füzuli və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Mais Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən isə "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
15:50 / 17 Oktyabr 2026
12
15:41 / 17 Oktyabr 2026
45
15:32 / 17 Oktyabr 2026
472
15:19 / 17 Oktyabr 2026
627
15:17 / 17 Oktyabr 2026
67
15:14 / 17 Oktyabr 2026
92
14:35 / 17 Oktyabr 2026
88
14:30 / 17 Oktyabr 2026
72
14:23 / 17 Oktyabr 2026
559
14:15 / 17 Oktyabr 2026
80
13:55 / 17 Oktyabr 2026
84
13:47 / 17 Oktyabr 2026
255
13:45 / 17 Oktyabr 2026
88
13:40 / 17 Oktyabr 2026
151
13:31 / 17 Oktyabr 2026
100
13:30 / 17 Oktyabr 2026
88
13:25 / 17 Oktyabr 2026
112
13:16 / 17 Oktyabr 2026
170
13:15 / 17 Oktyabr 2026
116
12:55 / 17 Oktyabr 2026
191
12:39 / 17 Oktyabr 2026
736
12:28 / 17 Oktyabr 2026
411
12:22 / 17 Oktyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.