Qaynar xətt:

(+99450) 247 90 86

Şərti düşmənin zirehli texnikası pusquya belə salındı - VİDEO - FOTO

Şərti düşmənin zirehli texnikası pusquya belə salındı - VİDEO - FOTO

DÜNYA

365

04.11.2022, 14:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank və komando hərbi hissələrində keçirilən təlimləri izləyib.

MN-dən OXU24.COM -a verilən məlumata görə, Komanda idarəetmə məntəqələrinə baş çəkən müdafiə naziri "Tank ovçuluğu" təlimini və komandoların hazırlıq məşğələsini izlədikdən sonra komandir heyətinin məruzələrini dinləyib.

Məruzə olunub ki, təlim prosesində şərti düşmənin zirehli texnikasının pusquya və xəndəklərə salınmaqla yaxın məsafədən sıradan çıxarılması, eləcə də komandoların yaşayış məntəqələrində döyüş tapşırıqlarının icrası məşq etdirilir.

Təlimin planına uyğun olaraq tank bölmələri tərəfindən zirehli texnikanın atəşlə irəliləmə üsulları da yerinə yetirilir.

Komandoların və tank bölmələrinin fəaliyyətini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov Vətən müharibəsində qazanılan təcrübədən istifadə olunmaqla döyüş hazırlığının intensivliyinin və effektivliyinin daha da artırılması barədə aidiyyəti üzrə əlavə tapşırıqlar verib.