Qaynar xətt:

(+99450) 247 90 86

"Kadırovçu"ların bazasına zərbə: 62 nəfərin cəsədi tapıldı

\\\"Kadırovçu\\\"ların bazasına zərbə: 62 nəfərin cəsədi tapıldı

DÜNYA

283

03.11.2022, 09:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna ordusunun oktyabrın 24-də Xerson vilayətinin Kairı kəndinə endirdiyi zərbənin nəticələri ilə bağlı təfərrüat üzə çıxıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti və bloger Anatoli Ştefan məlumat verib.

Onun sözlərinə görə, Ukrayna ordusunun raket artilleriyası “kadırovçu”ların bazasına zərbələr endirib. Binanın dağıntıları altından 62 hərbçinin cəsədi çıxarlıb ki, bunlardan 53-ü çeçenlərə məxsus olub. Digərlərinin isə şəxsiyyəti açıqlanmayıb.