Qaynar xətt:

(+99450) 247 90 86

Pelosinin evinə basqın edildi, əri yaralandı

Pelosinin evinə basqın edildi, əri yaralandı

DÜNYA

367

28.10.2022, 18:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naməlum şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin San-Fransiskodakı evinə basqın edib.

Oxu24.com xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb. 

Məlumata görə, sözügedən şəxs Nensinin həyat yoldaşı 82 yaşlı Pol Pelosiyə hücum edərək yaralayıb.

Hadisə zamanı Nensi Pelosi evdə olmayıb.

Basqın edən şəxsin saxlanıldığı, Pol Pelosinin isə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hücumun səbəbi hələ ki məlum deyil.