İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
17 Oktyabr 2026, 22:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
364
26.10.2022, 15:23
“Rusiya Ukraynanı öz ərazisində “çirkli bomba” istifadə etməkdə günahlandırır. Bu yalandır”.
Oxu24.com NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.
O, NATO-nun bu cür saxta ittihamları rədd etdiyini bildirib: “Rusiya tez-tez başqalarını günahlandırırlar. Biz Suriyadan tutmuş Ukraynayadək bu tendensiyanın şahidi oluruq. Rəsmi Moskva durumu daha da gərginləşdirməmək üçün belə bəhanələrdən əl çəkməlidir”.
Y.Stoltenberq vurğulayıb ki, dünya prosesləri çox diqqətlə izləyir: "Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi həlledici məqama qədəm qoyur. Prezident Putin döyüş meydanındakı uğursuzluqlarına artan aqressiya, dinc əhaliyə və mülki enerji infrastrukturuna zərbələr, yaşayış məntəqələrinə pilotsuz təyyarələr və raket hücumları ilə cavab verib".
Baş katib xatırladıb ki, son bir neçə gündə İranın Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi dəstək verdiyi məlum olub. NATO rəhbəri belə bir vəziyyəti qəbuledilməz adlandırıb: "Heç bir ölkə bu cinayətkar müharibədə təcavüzkara kömək etməməlidir. Mən müttəfiqlərin və Avropa İttifaqının Tehrana qarşı sərt sanksiyalar tətbiq etməsi faktını alqışlayıram”.
Y.Stoltenberq NATO-nun Rusiyanın Ukraynaya qarşı müharibəsində tərəf olmadığını bir daha söyləyib: "Lakin müttəfiqlər Ukraynanın fundamental özünümüdafiə haqqını dəstəkləməyə davam edəcək".
00:00 / 18 Oktyabr 2026
140
23:59 / 17 Oktyabr 2026
100
23:34 / 17 Oktyabr 2026
99
23:19 / 17 Oktyabr 2026
112
22:59 / 17 Oktyabr 2026
114
22:49 / 17 Oktyabr 2026
128
22:21 / 17 Oktyabr 2026
184
22:12 / 17 Oktyabr 2026
141
22:10 / 17 Oktyabr 2026
117
22:05 / 17 Oktyabr 2026
128
21:57 / 17 Oktyabr 2026
173
21:40 / 17 Oktyabr 2026
189
21:18 / 17 Oktyabr 2026
101
20:39 / 17 Oktyabr 2026
106
20:39 / 17 Oktyabr 2026
161
20:16 / 17 Oktyabr 2026
121
20:03 / 17 Oktyabr 2026
158
20:03 / 17 Oktyabr 2026
1890
19:50 / 17 Oktyabr 2026
115
19:38 / 17 Oktyabr 2026
333
19:38 / 17 Oktyabr 2026
157
19:32 / 17 Oktyabr 2026
1227
19:26 / 17 Oktyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.