Qaynar xətt:

(+99450) 247 90 86

30 il İrəvana xidmət etdi, pişik kimi atıldı - Korotçenko

30 il İrəvana xidmət etdi, pişik kimi atıldı - Korotçenko

DÜNYA

387

25.10.2022, 22:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyalı tanınmış hərbi ekspert, "Mülki müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko İrəvanın Rusiya Dumasının deputatı Konstantin Zatulinə Ermənistana giriş qadağası qoyulmasına reaksiya verib.

OXU24.COM axar.az-a istinadən bildirir ki, İ.Korotçenko yazıb:

"30 il erməni maraqlarına xidmət etmək - sonra pişik kimi zibil qabına atılmaq..."

Qeyd edək ki, Zatulinin yaratdığı "Lazarev klub"u cəmi üç gün sonra, oktyabrın 28-də İrəvanda çoxlu sayda ekspert, siyasətçi, analitik və jurnalisti bir araya gətirəcək "Ermənistan-Rusiya münasibətlərinin tarixi keçmişi və bu günü" mövzusunda toplantı keçirməyi planlaşdırırdı. Ancaq Zatulin İrəvandan məktub alıb və ona səfərinin arzulanmaz olduğu bildirilib.