Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75105
az

Kremlin gizli mesajları ələ keçirildi: Rusiya müttəfiqlərinə xəbərdarlıq edib ki, yaxın iki həftə ərzində...

22:4717 Oktyabr, 2022
762
DÜNYA
  • A

ABŞ kəşfiyyatının Rusiyanın müttəfiqləri vasitəsilə Kremlin nüvə savaşı ilə bağlı planları barədə daha dolğun məlumatlar əldə etdiyi bildirilir... NATO-nun məhz nüvə savaşına hazırlıq səviyyəsini sınaqdan çıxartmaq üçün genişmiqyaslı təlimlərə başlaması da qlobal müharibənin uzaqda olmadığını göstərir...

Ukrayna savaşı ətrafından mövcud olan situasuya məzmun və keyfiyyət dəyişikliyinə uğramağa başlayıb. Bu “savaş bataqlığı” hər ötən gün daha da dərinləşir. Dünyanın gələcək taleyini təhdid edən istiqamətlər alır. Və üstəlik, Ukrayna savaşı zaman geçdikcə, geriyədönməz xarakter daşımağa başlayır.

Onu da qeyd etmək lazımdır ki, Rusiya artıq bu savaş meydanında öz ənənəvi hegemon dövlət statusunu qorumaqda çətinlik çəkir. Belə ki, Rusiya qoşunları hazırda “dünyanın ikinci ən güclü ordusu” görüntüsündən çox uzaqdır. İndi Rusiyanın Ukrayna üzərində hərbi qələbə qazana biləcəyinə yalnız sadəlövhlər inanmaqda davam edirlər.

Ukrayna savaşının başlanmasından ötən müddət ərzində də çox şey dəyişib. İndi Rusiya qoşunları əvvəlki kimi, hücum taktikası üzrə hərbi əməliyyatlar reallaşdıra bilmir. Ona görə də, Rusiya hərbi komandanlığının işğal edilmiş Ukrayna ərazilərinin nəzarərdə saxlanması üçün daha davamlı müdafiə sistemi qurmağa çalışmaları o qədər də təəccüblü deyil.

Maraqlıdır ki, qismən səfərbərlik də Rusiya ordusunun Ukrayna savaşındakı vəziyyətini hələ dəyişməyib. Kremlin Ukraynadakı Rusiya ordusunu silah-sursatla təmin etməyə çətinlik çəkməsinə paralel olaraq, səfərbərlik sayəsində yaradılan yeni hərbi birləşmələrin hərbi texnika ilə təchizatı da artıq ciddi problemlərin sırasına əlavə olunub. Və Rusiya indi mümkün olan istənilən qaynaqdan silah-sursat, hərbi texnika satın almağa çalışır.

Təbii ki, Rusiyanın hərbi texnika ala biləcəyi qaynaqlar indi o qədər də çox deyil. Belarus ordusunun hərbi texnikasının bir hissəsinin artıq Rusiyaya verildiyi barədə məlumatlar mövcuddur. Halbuki, Belarus prezidenti son vaxtlar ABŞ və NATO-nun onun ölkəsinə qarşı da təhlükəli planlar qurduğunu iddia edir. Eyni zamanda, “Batka” Ukrayna savaşının dayandırılmasının vacibliyinə yönəlik də üstüörtülü mesajlar verməyə çalışır.

Kreml Şimali Koreya və İrandan da silah-sursat, hərbi texnika idxal etdiyi barədə məlumatlar mövcuddur. Şimali Koreyadan hansı növ silahların alındığı məlum olmasa da, İrandan Rusiyadan PUA-lar, kamikadze-dronlar və ballistik raketlərin göndərildiyi vurğulanır. Və Rusiya ordusu bu silahların əhəmiyyətli hissəsini artıq Ukrayna savaşında istifadə etməyə başlayıb.

Ancaq bütün bunlar da Rusiya ordusunun savaş meydanında hərbi üstünlüyü ələ keçirtməsinə yetərli olmayıb. Rusiya ordusunun Ukrayna paytaxtı Kiyev də daxil olmaqla, dinc şəhərlərə raket zərbələri endirməsi, eləcə də, PUA-larla hücum etməsi Kremlə qarşı beynəlxalq hərbi təzyiqlərin artırılmasına səbəb olub. İndi Qərb siyasi dairələrində Rusiyanın davranışlarına adekvat addımların atıla biləcəyi ilə bağlı təhdidlərin sayı artıb.

ABŞ prezidenti Co Bayden “Rusiya ordusunun məhv ediləcəyini” vurğulayıb. Ağ Ev sahibi bu xəbərdarlığı Kremlin savaş meydanındakı uğursuzluqlarını nüvə silahından istifadə ilə kompensasiya etməyə hazırlaşması barədə kəşfiyyat məlumatları ilə arqumentləşdirib. Və nüvə silahından istifadə ediləcəyi təqdirdə, bunun Rusiya üçün çox baha başa gələcəyini vurğulayıb.

Ümumiyyətlə, hazırda Qərb siyasi dairələrində Rusiyanın əvvəl-axır nüvə silahından istifadə etmək qərarı verəcəyinə artıq tam əmindirlər. Bu təhlükə ilə bağlı əsas çağırışlar ondan ibarətdir ki, Kremlin taktiki və ya nüvə silahının daha güclü versiyasından istifadə etməsindən asılı olmayaraq, Rusiyaya veriləcək cavabın mütləq dağıdıcı xarakter daşımalı olduğunu vurğulayırlar. Və hətta Rusiya ilə birdəfəlik hərbi hesablaşmanın aparılmasının vacibliyini qabardırlar.

Təbii bütün bunlar dünyanın olduqca təhlükəli mərhələyə yaxınlaşdığını düşünməyə əsas verir. Üstəlik, NATO-nun məhz nüvə savaşına hazırlıq səviyyəsini sınaqdan çıxartmaq üçün genişmiqyaslı təlimlərə başlaması qlobal müharibənin çox da uzaqda olmadığını göstərir. Hər halda, bu təlimlərə paralel olaraq, ABŞ və digər Qərb ölkələri öz vətəndaşlarını həm Rusiyadan, həm də Ukraynadan tez-tələsik çıxartmağa çalışırlar.

Digər tərəfdən, Rusiyanın da oxşar addımların atılmasına başladığı barədə müəyyən məlumatlar mövcuddur. Belə ki, iddialara görə, Kreml KTMT-ya üzv olan dövlətlərə öz vətəndaşlarını ən uzağı gələn ayın ortalarına qədər Ukraynadan çıxartmağı tövsiyyə edib. Ancaq səbəbini izah etməyə həvəs göstərməyib, bu barədə verilən suallardan isə yayınılıb.

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərbin nüvə silahından istifadə edilə biləcəyi ilə bağlı narahatlığı qətiyyən yersiz deyil. Üstəlik, bəzi iddialara görə, Kreml Belarus da daxil olmaqla, Rusiyaya daha yaxın olan bir neçə ölkəyə hətta gələn ayın ortalarını gözləməyin təhlükəli olduğu barədə mesaj verilib. Və bildirilib ki, həmin ölkələr öz vətəndaşlarının Ukraynadan çıxartmaq prosesini ləngitməməlidirlər, mümkün qədər sürətlə hərəkər etməlidirlər, maksimum oktyabrın sonlarına doğru yekunlaşdırmalıdırlar.

Belə vəziyyətdə istər-istəməz dünya üçün ən təhlükəli variantlar ön plana keçmiş kimi görünür. Bir tərəfdən, ABŞ və Qərb NATO-nun timsalında Rusiyanın nüvə zərbələrinə cavab verməyi sınaqdan çıxardır. Digər tərəfdənsə, Kreml Rusiyanın ən yaxın müttəfiqlərini hansısa ciddi təhlükədən yayındırmaq üçün onlara gizli mesajlar verir.

Belə anlaşılır ki, hər iki tərəf məhz nüvə müharibəsinə hazırlaşırlar. Ehtimal etmək olar ki, ABŞ-ın əl-ayağa düşərək, Rusiyaya xəbərdarlıq etməsi, NATO-nun nüvə savaşı ilə bağlı təlimlərə başlaması Kremlin öz yaxın müttəfiqlərin gizli mesajları ilə əlaqədardır. Yəqin ki, ABŞ kəşfiyyatı isə Kremlin gizli mesaj verdiyi Rusiya müttəfiqlərindən daha dolğun məlumatlar əldə edə bilib. Və nəticədə dünyanı yaxın bir neçə həftə ərazində hərbi fəalkətlərin gözlədiyi barədə narahatlıqlar artıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Türkiyə bu ölkə ilə əlaqələrini kəsdi
Gürcüstan hakimiyyəti ABŞ-dan imtina etdi
Böyük Britaniya oyunçularının demək olar ki, yarısı GTA VI almayacaq

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”