Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya ordusu ilə bağlı ŞOK

Rusiya ordusu ilə bağlı ŞOK

DÜNYA

379

15.10.2022, 10:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Tibbi yardımın keyfiyyətsizliyi və Rusiya komandanlığının ağır yaralıları təxliyə etmək istəməməsi səbəbindən rusiyalı yaralı hərbçilər arasında ölüm nisbəti 50 faizi ötür.
Oxu24.com xəbər verir ki, bu barədə UNİAN Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb. Qərargahdan bildirilib ki, mövcud məlumatlara əsasən, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində çoxlu sayda yaralı tibb müəssisələrinə yerləşdirilir. Belə ki, Donetskdəki xəstəxanalardan birinə bu həftə 100-ə yaxın yaralı çatdırılıb.
Zaporojye vilayətinin Tokmak şəhərində xəstəxanalar dolub. Yerli sakinlərin verdiyi məlumata görə, həkimlərin işinin çoxluğu və çarpayı çatışmazlığı səbəbindən mülki vətəndaşlar xəstəxanalara qəbul edilmir.