Qaynar xətt:

(+99450) 247 90 86

Lift az qala oğlanın başını kəsəcəkdi - Dəhşətli görüntülər - VİDEO

Lift az qala oğlanın başını kəsəcəkdi - Dəhşətli görüntülər - VİDEO

DÜNYA

321

10.10.2022, 21:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada, Krasnodarda lift gənc oğlanın kabinəyə girərkən az qala başını kəsəcəkdi.

OXU24.COM  bildirir ki, möcüzəvi şəkildə sonu faciə ilə bitməyən hadisə liftdə quraşdırılan kamera tərəfindən lentə alınıb.

Görüntülərdə bir kişinin liftdən çıxması əks olunub. Ondan sonra başqa bir kişi içəri girməyə çalışıb. O, astanadan keçən kimi kabin yuxarı qalxmağa başlayıb. Oğlan möcüzəvi şəkildə qapısı açıq olan və yuxarı hərəkət edən liftdən tullanmağı bacarıb. Bircə saniyə - və dəmir konstruksiya başını kəsə bilərdi.

 

Videonun müəllifləri iddia ediblər ki, hər şey "Yasnı" yaşayış kompleksində çoxmərtəbəli binalardan birində baş verib. Yeri gəlmişkən, hadisənin baş verdiyi evin heç üç yaşı da yoxdur. Hələlik Rusiya İstintaq Komitəsinin regional idarəsinin nümayəndələrindən rəsmi şərh daxil olmayıb