Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74420
az

Putin səfərbərliklə bağlı yeni ƏMR VERİB

00:5030 Sentyabr, 2022
667
DÜNYA
  • A

Rusiya Prezidenti Vladimir Putin ölkəsindəki qismən səfərbərlik prosesi ilə bağlı Rusiya Təhlükəsizlik Şurası ilə məsləhətləşib.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki,  Putin müzakirə zamanı bu prosesdə səhvlərə yol verildiyini və onların düzəldilməli olduğunu qeyd edib.

O, qismən səfərbərlik çərçivəsində yalnız hərbi təcrübəsi olanların xidmətə çağırılmasının lazım olduğunu bildirib:

“Hərbi xidmətə çağırılanlar qoşunlara göndərilməmişdən əvvəl əlavə hərbi təhsil almalıdırlar”.

Vətəndaşların tədarük olunan materiallar, yaşayış şəraiti və bəzi digər məsələlərlə bağlı müxtəlif suallar ünvanladığını bildirən Rusiya Prezidenti “Bütün səhvləri düzəltməli və gələcəkdə buna imkan verməməliyik” deyib.

Putin çox uşaqlı, xroniki xəstəlikləri olan və yaşlılarla bağlı vəziyyətin də nəzərə alınmalı olduğunu vurğulayıb:

“Bir səhv olarsa, düzəldilməli və əsaslandırılmadan hərbi xidmətə çağırılanlar evlərinə göndərilməlidir. Elə hallar var ki, bəzi həkimlər və ya başqa peşələrdən olan mütəxəssislər həqiqətən ehtiyac duyulan ərazilərə deyil, motoatıcı kimi cəlb olunurlar. Niyə? Hərbi hissələrə öz imkanları ilə gələn və çoxlu sayda könüllülər də geri qaytarılır. Həmçinin təcrübələri olmadığı üçün geri göndərilənlər də var. Bütün bunlar tez və ətraflı şəkildə həll edilməlidir”.

Ermənilər "Bayraktar"ı aldatmaq üçün görün nədən istifadə etdi - Bu görüntülər sizi şoka salacaq 

TƏCİLİ! Alla Puqaçova Rusiyadan bu ölkəyə qaçdı

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyanın hava limanlarında nə baş verir?
Ukrayna Tulaya hücuma cəhd edib
Hindistanın keçmiş Baş    naziri     öldü

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar