Qaynar xətt:

(+99450) 247 90 86

Skuterlə liftə minməyin qorxunc nəticəsi - VİDEO

Skuterlə liftə minməyin qorxunc nəticəsi - VİDEO

DÜNYA

308

24.09.2022, 23:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə Rusiyanın Krasnodar şəhərində baş verən qorxunc hadisənin görüntüləri yayılıb. Belə ki, liftdə skuteri alışan kişi diri-diri yanmaq təhlükəsi ilə üzləşib.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, kişi skuterində nasazlıq aşkar edib və onu emalatxanaya təhvil vermək qərarına gəlib. Liftdə olanda isə batareya alışıb. Tüstüyə görə liftin qapıları avtomatik kilidlənib; kişi alovların arasında qalıb.

Sonda o, liftdən çıxa bilsə də, dərisinin 60%-i yanıb. Zərərçəkmiş 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Liftə də ciddi ziyan dəyib.

Polis hadisə ilə bağlı yoxlamalara başlayıb.