Ermənistanın aldığı qırıcı nələrə qadirdir?
20 Oktyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
363
22.09.2022, 21:11
Rusiya prezidenti Vladimir Putinin səhər saatlarında qismən səfərbərlik elan etməsindən sonra ölkədə panika hökm sürür.
OXU24.COM Musavat.com-a istinadən xəbər verir ki, bu bəyanatdan sonra ehtiyatda olan hərbçi statusuna malik minlərlə insan hərbi xidmətə çağrılmamaq üçün ölkəni tərk etməyə tələsir.
Artıq Rusiyadan Azərbaycan, Türkiyə və Ermənistana çarter reyslərinə bütün biletlər satılıb. Bundan əlavə, təktərəfli təyyarə biletlərinin qiyməti 5 min manatadək (173,000 rubl - €2,870) yüksəlib.
Rusiyadan Bakı, İstanbul və İrəvana getmək istəyənlər ən tez gələn həftənin cümə gününə təyyarə biletləri ala bilərlər.
Rusiyanın aviasiya şirkətləri hazırkı vəziyyətlə bağlı hələ açıqlama verməyib.
"Aviatorism" teleqram kanalının şirkətlərə istinadən verdiyi məlumata görə, Rusiyanın "Aeroflot" və "S7" aviadaşıyıcıları insanların ölkədən çıxışını əngəlləmək üçün biletlərinin satışına heç bir məhdudiyyət qoymayıblar.
Bundan əlavə, Putin açıqlama verərkən səfərbərliyin təfərrüatlarını öyrənmək istəyənlər Kreml və Rusiya Müdafiə Nazirliyinin internet saytlarına daxil olmaq istəyərkən portallar yüklənərək çöküb.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu qərar çərçivəsində 300 min nəfərin orduya çağırılacağını bildirib. Rusiyalı nazir tələbələrin silah altına atılmayacağını vurğulayıb.
"Bizim böyük səfərbərlik resursumuz var. Orduda xidmət edib, müharibə təcrübəsi olanların sayı az qala 25 milyona çatır. Qismən səfərbərlik zamanı Rusiya ordusuna 300 min ehtiyat əsgər çağırılacaq. Bunlar birinci növbədə hərbi xidməti keçmiş, hərbi təcrübəsi olan şəxslərdir. Səfərbərlik yolu ilə hərbi xidmətə çağırılanlar cəbhəyə göndərilməyəcək. Hazırda əməliyyat bölgələrinə yalnız hərbi xidmətini davam etdirənlər göndərilir".
23:59 / 20 Oktyabr 2026
25
23:35 / 20 Oktyabr 2026
31
23:23 / 20 Oktyabr 2026
50
23:16 / 20 Oktyabr 2026
55
22:54 / 20 Oktyabr 2026
83
22:44 / 20 Oktyabr 2026
72
22:33 / 20 Oktyabr 2026
99
22:22 / 20 Oktyabr 2026
70
22:22 / 20 Oktyabr 2026
76
21:51 / 20 Oktyabr 2026
156
21:47 / 20 Oktyabr 2026
146
21:42 / 20 Oktyabr 2026
85
21:39 / 20 Oktyabr 2026
316
21:33 / 20 Oktyabr 2026
658
21:28 / 20 Oktyabr 2026
84
21:22 / 20 Oktyabr 2026
374
21:17 / 20 Oktyabr 2026
83
21:15 / 20 Oktyabr 2026
82
21:06 / 20 Oktyabr 2026
81
21:03 / 20 Oktyabr 2026
72
21:00 / 20 Oktyabr 2026
69
20:55 / 20 Oktyabr 2026
64
20:50 / 20 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.