Qaynar xətt:

(+99450) 247 90 86

"ABŞ Türkiyənin yanındadır"

\\\"ABŞ Türkiyənin yanındadır\\\"

DÜNYA

351

19.09.2022, 13:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“ABŞ terrorla mübarizədə NATO müttəfiqi olan Türkiyənin yanındadır”.

OXU24.COM-un xəbərinə görə, bu barədə Birləşmiş Ştatların Ankaradakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlik sentyabrın 18-də Şanlıurfada törədilən terror aktında Türkiyə hərbçisinin ölümünə görə başsağlığı verib.

“Türkiyədəki ABŞ diplomatik nümayəndəliyi olaraq dünən Şanlıurfadakı hücumda həlak olan türk əsgərinin ailəsinə və yaxınlarına başsağlığı veririk”, - səfirlikdən bildirilib.

Qeyd edək ki, sentyabrın 18-də PKK terror qruplaşmasının üzvləri Şanlıurfanın Suruç vilayətində terror aktı törədiblər. Nəticədə Türkiyə ordusunun İsmet Aybek adlı hərbçisi şəhid olub, daha 1 əsgər isə yaralanıb.