Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73955
az

TƏCİLİ! Avropada böhran XƏBƏRDARLIĞI: Ən pis ssenariyə hazır olun, qış aylarına qədər…

15:1818 Sentyabr, 2022
205
DÜNYA
  • A

Rusiya-Ukrayna arasında davam edən müharibə enerji böhranını dərinləşdirir. "Ən pis qış"a hazırlaşan Avropa ölkələrində vəziyyət necədir?

Ukraynaya qarşı başlatdığı müharibədən sonra Avropanın sanksiya məngənəsinə sıxışan Rusiyanın Avropaya gedən qazı kəsməsi ilə yaranan enerji böhranına çarə axtaran ölkələr Kremlin son açıqlamasından sonra təşvişə düşüb.

OXU24.COM Musavat.com-a istinadən xəbər verir ki, Kreml "Şimal axını 1" boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağını açıqlamışdı. Bir neçə gün əvvəl isə Rusiya baş nazirinin müavini Aleksandr Novak bu il Rusiya qazının Avropa İttifaqına (Aİ) ixracının 50 milyard kubmetr azalacağını bəyan edib.

TƏDBİRLƏR YETƏRSİZDİR

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen enerji müharibəsində qalibin Avropa İttifaqı, uduzan tərəfin isə Rusiya olacağını bildirərək planlaşdırılan bir sıra tədbirlərdən danışıb.

Ursula Von Der Leyenin barəsində söz açdığı elektrik enerjisinə tələbatın azaldılması, Rusiya boru kəməri qazı üçün ən yüksək qiymətin müəyyən edilməsi, enerji sektorundan gəlir əldə edən istehlakçılara və müəssisələrə, həmçinin dalğalanmalar səbəbindən likvidlik çətinliyi ilə üzləşən elektrik enerjisi istehsalçılarına dəstək vermək kimi tədbirlər planı birlik üzvləri tərəfindən qeyri-kafi qiymətləndirilib.

ALMANİYADA VƏTƏNDAŞLAR ÜSYAN EDİR

Almaniyada bu qış enerji xərclərinin təxminən 40 faiz artacağı gözlənir, vətəndaşlar ödənişləri edə bilməməkdən qorxurlar.

Ölkədəki enerji şirkətləri qiymət artımı ilə bağlı hər gün qəzəbli müştərilərdən zənglər aldığını bildirirlər.

BELÇİKADA VƏZİYYƏT NECƏDİR?

Artan enerji xərclərindən narahat olan Belçika hökuməti qarşıdan gələn qışa qədər ailələrə, sahibkarlara və şirkətlərə enerji dəstəyi verməyi qərara alıb. Baş nazir Aleksandr De Kroo qış aylarında hər evə təbii qaz üçün ayda 135 avro, elektrik enerjisi üçün isə ayda 61 avro yardım veriləcəyini açıqlayıb. Bundan əlavə, istilik üçün yanacaq istifadə edən mənzil təsərrüfatlarına 300 avroluq çek veriləcək.

İNGİLTƏRƏDƏ "DƏRHAL MÜDAXİLƏ" ÇAĞIRIŞI

İngiltərədəki pivə zavodlarının menecerləri bildiriblər ki, enerji xərcləri 300 faizə qədər artdığı üçün bir çox pivəxanalar bağlana bilər.

Ölkənin 6 ən böyük pivə zavodunun menecerləri hökuməti vəziyyətə "dərhal müdaxilə etməyə" çağırıblar, çünki bu qış enerji haqlarının daha da artacağı gözlənir.

FRANSADA "ƏN PİS SSENARİ" XƏBƏRDARLIĞI

Fransanın baş naziri Elizabet Born ölkə vətəndaşlarını Avropanın son illərdəki ən pis böhranından qorumaq üçün elektrik enerjisi və qaz qiymətlərinin artımını gələn il 15 faizlə məhdudlaşdıracağına söz verib. O, eyni zamanda əhaliyə qarşılaşa biləcəkləri ən pis ssenari barədə xəbərdarlıq edib.

Baş nazir keçən həftə verdiyi açıqlamada enerji böhranı səbəbindən bu qış Fransada evlərin gündə 2 saat işıqsız qalma riski ilə üzləşəcəyini bildirib.

Fransanın elektrik ötürücü şəbəkəsi "RTE" də baş nazirlə eyni proqnozu verib və qışda işıqların kəsilmə ehtimalının ola biləcəyini bildirib. Elektrik kəsimlərinin səhər saat 08.00-13.00, axşam saat 18.00-20.00 arasında olacağı bildirilir.

Yeni qərarlara görə, Fransanın məşhur Luvr və Versal muzeylərinin işıqları daha tez söndürüləcək. Mədəniyyət naziri bildirib ki, simvolik strukturlarla bağlı qərar Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranı ilə əlaqədardır.

İTALİYADA SON DURUM

İtaliya hökuməti artan enerji qiymətlərinin müəssisələr və mənzil təsərrüfatları üzərindəki təsirini azaltmağa çalışır. Bu məqsədlə ölkədə 14 milyard avroluq yeni tədbirlər paketi üzərində razılığa gəlinib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rus rublu YENƏ ÇÖKDÜ: dollar və avro kəskin bahalaşır
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI

Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü