BMT Təhlükəsizlik Şurasının Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə bağlı qapalı iclasında Rusiya münaqişəyə son qoymaq üçün öz səylərini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gördüyü işləri açıqlayıb.
Axar.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.
"Biz Rusiyanın həm fərdi, həm də KTMT vasitəsilə vəziyyəti normallaşdırmaq, atəşkəsə nail olmaq üçün göstərdiyi, Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra KTMT-nin göstərəcəyi səylərdən danışdıq. Tərəfdaşlar informasiyanı paylaşdığımız və səylərimizə görə təşəkkür etdilər”, - o bildirb.
Nebenzya qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrinin iştirakçıları yekdilliklə Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasının, vəziyyətin siyasi-diplomatik vasitələrlə nizamlanmasının tərəfdarı olduqlarını bildiriblər:
"Hamı yekdilliklə tezliklə atəşkəsin və vəziyyətin siyasi-diplomatik vasitələrlə nizamlanmasının lehinə danışdı. İndi mətbuat elementləri müzakirə olunur (mətbuat üçün bir sənəd növü), zalda ekspertlər prosesi davam etdirir. Biz təkid edirik ki, bu mətbuat elementlərində münasibətlərin normallaşması üçün əsas olan Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin 2020 və 2021-ci illərdəki üçtərəfli bəyanatlarına mütləq istinad edilsin. Bu bəyanatlarda iki ölkə arasında münasibətlərin normallaşması, atəşkəsə əməl edilməsinin vacibliyi, həmçinin bir çox layihələr var ki, bu çərçivədə proses artıq əlaqələrin normallaşmasına doğru gedir”.
Qeyd edək ki, BMT TŞ-nin iclası Ermənistanın müraciəti əsasında TŞ üzvü Fransanın təşəbbüsü ilə keçirilir.
Oxu24.com
ŞƏRHLƏR